Distant təhsilin tanınması üçün lazımi qanunvericilik imkanları yoxdur
Icma.az, Missiya.az portalına istinadən məlumat verir.
Hal-hazırda mövcud qanunvericiliyə görə distant təhsil Azərbaycanda tanınmır.
Bu barədə təhsil eksperti Elçin Süleymanov Missiya.Az-a danışıb.
"Bunun bir sıra səbəbləri var. Əsas məsələ distant təhsil normalarının "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda olmamasıdır. Digər nüans odur ki, distant təhsilin akreditasiyası, keyfiyyəti və təhsil alınan ölkəyə gedib qalma müddətini hesablamaq çətindir".
Ekspertin sözlərinə görə, hal-hazırda bu istiqamətdə müzakirələr aparılır və gələcəkə bu məsələyə baxıla bilər:
"Əslində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) müəyyən şərtlər əsasında bu diplomları tanıyır. Tələblər universitetin öz ölkəsində akreditasiya keçməsi, təhsilin əyani olması, üçüncü olaraq da toplanan kreditin Azərbaycan kredit sisteminə uyğun olmasıdır. Həmçinin orada təhsil aldığı müddət, ölkədə qaldığı dövr və sair kimi məqamlar da olduqca vacib hesab edilir".
İlahə Qənbərli
Missiya.Az


