Icma.az
close
up
RU
“Divanü lüğatittürk”ün 950 illiyi UNESCO çərçivəsində qeyd olunacaq AZƏRTAC

“Divanü lüğatittürk”ün 950 illiyi UNESCO çərçivəsində qeyd olunacaq AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Paris, 9 dekabr, AZƏRTAC

Parisdə dekabrın 13-də UNESCO-nun mənzil-qərargahında “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk”ün 950-ci ildönümü” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Mahmud Kaşğarinin Türk dünyasının ən qiymətli kitablarından biri olan məşhur “Divanü lüğat-it-türk”ün 950 illiyi UNESCO çərçivəsində qeyd olunacaq. Türk dillərinin ilk ensiklopedik lüğəti olan "Divanü lüğat-it-türk" UNESCO-nun 2024-2025-ci illərdə qeyd olunacaq yubileylər siyahısına daxil edilib.

İstanbul Millət Kitabxanasında qorunan və yeganə nüsxənin son səhifəsində qeyd edilən məlumatlara əsasən, Mahmud Kaşğari bu şah əsəri 1072-ci ildə yazmağa başlayıb və 1074-cü ildə tamamlayıb. Müxtəlif mənbələrdə qeyd edilir ki, Kaşğarlı bu əsərini dövrün türk hökmdarı Sultan Məhəmməd Alp Arslana təqdim etmək niyyətində idi. Lakin Alp Arslanın şəhid edilməsi səbəbilə əsər 1075-1095-ci illərdə Bağdadda hökmranlıq etmiş Abbasi xəlifəsi Məhəmməd əl-Muqtədi bi-əmrillaha təqdim olunub.

Bu əsər Mahmud Kaşğari tərəfindən ərəblərə türkçəni öyrətmək və türk dilinin ərəb dilindən daha zəngin olduğunu göstərmək məqsədilə yazılmış ilk türk dili lüğəti kimi qəbul edilir. Mahmud Kaşğari bu əsəri yazarkən XI əsrdəki türk bölgələrini bir-bir gəzmiş və əsərini bilavasitə özü tərəfindən toplanmış dil materiallarına əsasən hazırlamışdır. Bununla yanaşı, bu əsər yalnız bir lüğət deyil, türk dilinin XI əsrdəki xüsusiyyətlərini əks etdirən, fonetik və morfoloji bilgilərə işıq salan bir qrammatika kitabıdır. Əsər, həmçinin türk boylarının, şəxslərin və yer adlarının mənbəyi olmaqla yanaşı, türk tarixi, coğrafiyası, mifologiyası, folkloru və xalq ədəbiyyatı haqqında zəngin məlumatları ehtiva edir. Bundan başqa, o dövrün tibb və müalicə üsulları haqqında məlumat verən ensiklopedik bir əsər kimi də diqqət çəkir.

Konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrdən alimlər, tədqiqatçılar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələrək əsərin tarixi, dilçilik və mədəni əhəmiyyətini müzakirə edəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see267

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see239

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see150

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri