Divardakı yağ və qələm izlərini saniyələr içində yox edən üsul
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Divar boyasına zərər vermədən ləkələri təmizləmək hər zaman asan olmur. Lakin mütəxəssislər bəzi incə və təsirli üsullarla divarları ilk günkü halına qaytarmağın mümkün olduğunu bildirirlər. Düzgün texnika seçilmədikdə boyanın rəngi sola və ya divar tamamilə korlana bilər.
Təmizliyə başlamazdan əvvəl divardakı tozları tozsoranın yumşaq başlığı ilə təmizləmək lazımdır. Ən təhlükəsiz üsul ilıq su və az miqdarda qab yuyan maye ilə hazırlanan sabunlu sudur. Divarları silərkən süngəri yaxşıca sıxmaq və yuxarıdan aşağıya doğru yumşaq hərəkətlərlə silmək vacibdir. Xüsusilə mat boyalar daha həssas olduğu üçün kobud süngərlərdən və ağır kimyəvi maddələrdən qaçınmaq lazımdır.
Mətbəxdəki inadkar yağ ləkələri üçün sirkəli su və ya qabartma tozu qarışığı əla nəticə verir. Bir xörək qaşığı qabartma tozunu az miqdarda su ilə qarışdırıb ləkənin üzərinə çəkdikdən sonra nəm bezlə silmək kifayətdir. Uşaqların çəkdiyi karandaş izləri üçün isə "sehrli süngərlər" köməyə çatır. Ekspertlər qeyd edirlər ki, ləkə quruduqca onu çıxarmaq çətinləşir, ona görə də kirlərə dərhal müdaxilə edilməlidir. Mətbəxdə aspiratordan istifadə etmək isə divarların saralmasının qarşısını alan ən vacib amildir.
Aytən
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul
05 Noyabr 2026 15:51
Turşu qoxusunu bankadan saniyələr içində yox edən üsul
26 May 2026 21:22
Divardakı yazı Mahir Rəsuloğlunun hekayəsi
28 Yanvar 2025 13:32
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
12 Oktyabr 2026 00:47
Kartofu saniyələr içində soymaq üçün maraqlı ÜSUL
24 Dekabr 2025 11:39
Baxış sayı:192
Bu xəbər 31 May 2026 08:01 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları