Dizaynlarım üzərindən pul qazanılması məni ciddi narahat edir DİZAYNER GİLEYLƏNDİ
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Ermənilər həm musiqimizi, həm də dizaynlarımızı mənimsəyirlər". Azərbaycanlı dizayner Aynur Xəlilova SİA-ya açıqlamasında illərdir dizaynlarının icazəsiz paylaşılmasından və satışa çıxarılmasından narahat olduğunu bildirib:
“Tək bir səhifə deyil, bir neçə qlobal səhifə mənim dizaynlarımı paylaşır, satırlar. Üstəlik fon musiqisi də oğurluqdur. Həm musiqimizə, həm də dizaynımıza sahib çıxırlar. Uzun müddətdir bunu görürəm, izləyicilərim paylaşım ediləndə mənə yönləndirirlər. Artıq zaman-zaman bu hallarla qarşılaşdığım üçün öyrəşmişəm desəm də, bu vəziyyətin arxasında ermənilərin dayanması və onlar tərəfindən dizaynlarım üzərindən pul qazanılması bir Azərbaycanlı olaraq məni ciddi narahat edir. Təəssüf ki, bu səhifələr çox olduğuna görə şikayət etmək də çətinləşir”.
Müəllif: Fatimə Əliyeva
Baxış sayı:118
Bu xəbər 04 Avqust 2025 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















