Dizel razılaşması sadəcə ilk addım idi Zelenski
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməsi prosesi davam edəcək, dizel razılaşması sadəcə ilk addım idi.
“UNIAN“ın xəbərinə görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
“Təəssüf ki, onlar bu yolla Putini dayandıra bilməyəcəklər. Əksinə, o bu cür dəstək aldığına görə xoşbəxtdir”, - Zelenski bildirib.
O, ABŞ prezidenti Donald Trampın Rusiyanın hücumlarını dayandırmaq üçün hər şeyi edəcəyinə ümidvar olduğunu da dilə gətirib.
Zelenski müharibənin dayandırılmasına Rusiyaya qarşı təzyiqi azaltmaqla nail olmağın mümkün olmadığını da vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiya və İrana qarşı sanksiyaların şiddətləndirilməsini nəzərdə tutan “Lindsi Qrehem Aktı”nın qüvvəyə minməsindən bir neçə gün əvvəl Moskvanın bu aktdan kənarda saxlanılması ilə bağlı qərar imzalayıb.
Tramp bir müddət əvvəl Rusiyanın dünya bazarına 300 000 ton dizel çıxaracağını da elan edib. /Apa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 17 Oktyabr 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















