Dmitri Bıkov beynəlxalq axtarışa verildi Ukrayna müharibəsinə qarşı çıxıb...
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Rusiya Daxili İşlər Nazirliyi tanınmış yazıçı və publisist Dmitri Bıkovu beynəlxalq axtarışa verib.
"AzPolitika" xəbər verir ki, bu barədə məlumatı “Mediazona” yayıb.
Nazirliyin rəsmi axtarış bazasında Bıkovun hansı cinayət işi üzrə axtarıldığı göstərilmir. Lakin məlumdur ki, Rusiyada onun barəsində iki ayrı cinayət işi başlanıb – Rusiya ordusu barədə “yalan məlumatların yayılması” və “xarici agentlər reyestrinə daxil edilən şəxslər üçün müəyyən edilmiş tələblərin pozulması” maddələri ilə.
57 yaşlı Dmitri Bıkov müasir Rusiya ədəbiyyatının ən tanınmış simalarından biridir. O, bir sıra nüfuzlu ədəbi mükafatların laureatı olub. Eyni zamanda, Rusiya müxalifətinin Koordinasiya Şurasının üzvü kimi fəaliyyət göstərib və Kremlə qarşı sərt tənqidi mövqeyi ilə tanınıb.
2022-ci ildə Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibədən sonra Dmitri Bıkov ABŞ-a köçüb. Hazırda o, Kornell Universitetində dərs deyir.
AzPolitika.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 15 İyul 2025 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















