Dmitriyevdən ABŞ barədə açıqlama: “Hər şey əla gedir”
Icma.az, Ayna portalına istinadən məlumat verir.
"ABŞ dizel yanacağı tədarükü üçün Rusiya şirkətlərini müəyyən edib”
“ABŞ Energetika Nazirliyi ABŞ bazarına dizel yanacağı tədarükündə iştirak edəcək Rusiya şirkətlərini müəyyənləşdirib”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev deyib.
Dmitriyev bildirib ki, "ABŞ Energetika Nazirliyi artıq iştirak edəcək şirkətləri müəyyən edib və hər şey əla gedir".
O, əlavə edib ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak və onun komandası tədarükün təşkilində fəal iştirak edir.
Qeyd edək ki, oktyabrın 9-da Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefon danışığı aparıblar və bundan sonra Ağ Ev ölkələr arasında qlobal neft qiymətlərini aşağı salmaq üçün ayın sonuna qədər 300 min ton Rusiya dizel yanacağı tədarük etmək barədə razılaşma əldə edildiyini açıqlayıb.
Novak əvvəllər qeyd edib ki, ABŞ bazarına tədarük üçün Rusiya dizel yanacağının qiyməti kommersiya müqavilələri vasitəsilə müəyyən ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 17 Oktyabr 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















