Dnepropetrovsk vilayətində partlayışlar baş verib
Icma.az bildirir, Sia Az portalına istinadən.
Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində partlayışlar baş verib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Public” nəşrinin Telegram kanalında məlumat verilib.
Nəşr qeyd edir ki, “şəhərdə güclü partlayış səsləri eşidilib”. Baş verənlərlə bağlı başqa təfərrüatlar verilməyib.
Hazırda bölgədə hava hücumu siqnalı elan edilib. Bir gün əvvəl Xerson şəhərində bir neçə partlayış baş verib.
Dekabrın 22-nə keçən gecə Ukraynanın Nikolayev vilayətində silsilə partlayışlar qeydə alınıb. Həmin an bölgədə hava hücumu xəbərdarlığı qüvvədə idi.
Dekabrın 21-də Xerson vilayətinin Kiyevin nəzarətində olan hissəsində kritik infrastruktura dəyən ziyan aşkar edilib.
Bu barədə məlumat verən Ukrayna hakimiyyəti tərəfindən təyin edilmiş vilayət administrasiyasının rəhbəri Aleksandr Prokudin hansı obyektlərin zədələndiyini dəqiqləşdirməyib.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 24 Dekabr 2024 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















