Icma.az
close
up
RU
Dnepropetrovsk vilayətində şiddətli döyüşlər gedir Cəbhə xəttində son durum açıqlanıb

Dnepropetrovsk vilayətində şiddətli döyüşlər gedir Cəbhə xəttində son durum açıqlanıb

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ilk dəfə olaraq Dnepropetrovsk vilayətində yerləşən yaşayış məntəqələri uğrunda döyüşlərin getdiyini təsdiqləyib. Bununla yanaşı, qurum “DeepState” monitorinq platformasının Rusiya qüvvələrinin vilayət ərazisində iki kəndi ələ keçirməsi barədə məlumatını təkzib edib.

Baş Qərargahın avqustun 26-da yaydığı məlumatda bildirilir ki, Ukrayna hərbçiləri Dnepropetrovsk vilayətinin şərqində, Donetsk vilayəti ilə sərhəd yaxınlığında yerləşən Zaporojskoye və Novoqeorqiyevka kəndləri ətrafında döyüş aparır. 

“Ukraynanın müdafiə qüvvələri rus işğalçılarının irəliləməsinin qarşısını alıb və Zaporojskoye kəndinə nəzarəti davam etdirirlər”, – deyə məlumatda vurğulanır. 

Qeyd olunur ki, Novoqeorqiyevka kəndi ərazisində isə hələ də fəal döyüş əməliyyatları davam edir.

Bundan əvvəl Ukrayna Baş Qərargahı Dnepropetrovsk vilayətində döyüşlərlə bağlı yayılan məlumatlara münasibət bildirməmişdi. Halbuki Rusiya diversiya qruplarının regiona sızdığı barədə xəbərlər mövcud idi.

“DeepState” layihəsi daha öncə Rusiya qüvvələrinin həm vilayət sərhədi boyunca, həm də artıq onun daxilində hərbi əməliyyatlar apardığını yazmışdı.

Rusiya Müdafiə Nazirliyi isə bildirir ki, Rusiya qoşunları Zaporojskoye və Novoqeorqiyevka da daxil olmaqla regionda bir neçə yaşayış məntəqəsini nəzarətə götürüb. Söhbət əsasən kiçik kəndlərdən gedir. Hazırda cəbhə xətti Zaporojye, Donetsk və Dnepropetrovsk vilayətlərinin qovşağından keçir və bu ərazidə iri yaşayış məntəqələri yoxdur.

Qeyd edək ki, Donetsk vilayətindən fərqli olaraq, Dnepropetrovskun ilhaqı Rusiya tərəfindən rəsmən elan edilməyib. Bu səbəbdən Moskva hələ də həmin ərazini Ukraynanın tərkib hissəsi kimi tanıyır. Bir neçə həftə əvvəl rusiyalı hərbi bloqerlər Rusiya qüvvələrinin Pokrovskdan cənubda yerləşən rayonların sərhədlərinə çatdığını yazmışdılar. O vaxtdan etibarən, “DeepState” xəritələrinə əsasən, rus qoşunları bəzi istiqamətlərdə bir neçə kilometr irəliləyə bilib.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Avqust 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri