Icma.az
close
up
RU
DNT analizi dünyanın yarısının danışdığı dilin sirrini açdı Qafqazda yaranıbmış

DNT analizi dünyanın yarısının danışdığı dilin sirrini açdı Qafqazda yaranıbmış

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Yeni DNT araşdırmasına görə, bu gün dünyanın təxminən yarısının danışdığı Hind-Avropa dillərinin mənşəyi Qafqaz dağları və Aşağı Volqa arasında yaşayan qədim insanlara gedib çıxır.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyada nəşr olunan “Nature” jurnalı məlumat yayıb.

German, Hind-Avropa və Kelt dillərini əhatə edən bu dil ailələri mənşəyi sirli olaraq qalan Proto-Hind-Avropa adlı ortaq bir dildən inkişaf edib.

Vyana Universitetinin tədqiqatçıları Avrasiyadakı arxeoloji ərazilərdə e.ə. 6400-2000-ci illərə aid edilən 435 fərdin DNT nümunələrini təhlil edərək, Qafqaz və Aşağı Volqanın çöl (bozqır) ərazilərində yaşayan və yeni tanınan qədim əhalinin Hind-Avropa dillərində danışan bütün müasir toplumlarla əlaqəli olduğunu üzə çıxarıblar.

Araşdırmada CLV adlandırılan qədim populyasiya e.ə. 4500-3500-cü illərdə yaşayıb.

Əvvəlki tədqiqatlar da göstərir ki, Qara və Xəzər dənizlərinin şimalını əhatə edən Qara dəniz-Xəzər çöllərində inkişaf edən Yamnaya mədəniyyəti təxminən e.ə. 3100-cü ildən başlayaraq Avropa və Orta Asiyaya yayılıb.

Bu miqrasiya e.ə. 3100-1500-cü illərdə Avrasiyadakı populyasiyalarda “bozqır əcdadları”nın yaranmasına səbəb olub. Bu, son 5000 ildə baş verən hər hansı digər demoqrafik hadisə ilə müqayisədə Avropa insan genomlarına böyük təsir göstərib.

Yamnaya xalqının bu istiqamətdə hərəkəti Hind-Avropa dillərinin yayılmasında ilkin amil hesab olunur. Ancaq Hind-Avropa dillərinin bir qrupu çöl mənşəli deyil.

Çöl və ya bozqır dilləri Hind-Avropa dillərinin budaqlandığı ən qədim qoldur və bütün digər budaqlarda itirilmiş bəzi linqvistik arxaizmləri özünəməxsus şəkildə qoruyub saxlayır.

Tədqiqatçılar bu dil qrupunun əvvəllər zəif araşdırılmış bir xalqdan gəldiyini deyirlər. Yeni tədqiqat bu dil qrupunu e.ə. 4500-3500-cü illərdə Qafqaz dağları ilə Aşağı Volqa arasındakı çöllərdə yaşayan qədim əhaliyə aid edir.

DNT analizi göstərir ki, Yamnaya xalqının əcdadlarının təxminən 80 faizi bu əhalidən gəlir.

Vyana Universitetindən Ron Pinhasi həmmüəllifi olduğu araşdırma haqqında deyir ki, CLV qrupu bütün Hind-Avropa dilli əhali ilə əlaqələndirilə bilər.

“CLV populyasiyasının Hind-Avropa hekayəsində itkin halqa kimi aşkar edilməsi, hind-avropalıların mənşəyini və bu xalqların Avropa və Asiyanın bəzi hissələrinə yayıldığı marşrutları yenidən qurmaq üçün 200 illik axtarışda dönüş nöqtəsidir”, - Pinhasi əlavə edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 06 Fevral 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri