Icma.az
close
up
RU
DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

News24 saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda işə düzəlmək istəyən 35 yaşlı kişi dəhşətli faktla üzləşib. 

News24.az xəbər verir ki, beynəlxalq şirkətlərdən birinə işə düzələn Ramin Həsənov (ad-soyadlar şərti) tibbi müayinə zamanı həyatını dəyişəcək həqiqəti öyrənib.

Paytaxt sakini 8 il əvvəl ailə qurub, həmin nikahdan 7 yaşlı oğlu olduğunu düşünüb. İki il əvvəl isə ər-arvad arasındakı nikah pozulub. Həmin vaxtdan bəri Ramin məhkəmə qərarına uyğun olaraq uşağı üçün müntəzəm olaraq aliment ödəyib.

Lakin işə qəbul prosesi zamanı keçirilən tibbi yoxlama Ramində suallar yaradıb. Belə ki, analizlərin nəticəsi olaraq ona ata ola bilməsinin mümkünsüz olduğu deyilib. Eşitdiyindən şoka düşən Ramin əvvəlcə nəticənin səhv ola biləcəyini fikirləşib, belə bir şeyə inanmadığını israr edib.

Lakin atalığın müəyyən edilməsi üçün keçirilən DNT analizi də ilkin nəticəni təsdiq edib. Məlum olub ki, azyaşlının atası Ramin deyil. 

Daha bir dəhşətli məqam isə həkimin yazdığı rəydən sonra üzə çıxıb. Belə ki, mütəxəssislər DNT analizinin oxşarlığını müəyyən etdikdən sonra Raminin birinci dərəcəli qohumlarından şübhələnməyə başlayıblar. Onun qardaşı olmadığı üçün atası Rizvan məcburi analizə cəlb edilib. Və uşağın atasının da elə Rizvan olduğu təsdiqlənib. 

Məhkəmə araşdırması zamanı həm Raminin 64 yaşlı atası, həm də keçmiş arvadı həqiqəti etiraf ediblər. Qayınata və gəlin 8 il əvvəl bir məclisdən sonra sərxoş vəziyyətdə olduqlarını, aralarında həmin gecə cinsi əlaqə baş verdiyini deyiblər. Onlar iddia ediblər ki, bu hadisə yalnız bir dəfə baş verib və sonralar təkrarlanmayıb.

Lakin qonşular da əvvəldən qayınata-gəlinin sevgi münasibətlərindən şübhələniblərmiş. Davam etdirilən araşdırmaların nəticəsində o da üzə çıxıb ki, qadınla kişi bir neçə dəfə rayonlara birgə gəzməyə gediblər.

Tibbi ekspertizanın nəticələri və etirafedici ifadələr əsasında fakt rəsmi şəkildə təsdiqlənib. Raminin öz övladı kimi bildiyi uşaq qardaşı kimi tanınıb.

Məhkəmənin qərarı ilə Raminin iki il ərzində ödədiyi aliment məbləği ona qaytarılıb. Bundan əlavə, uşağın saxlanılması ilə bağlı aliment ödəmə öhdəliyi onun və uşağının bioloji atasının üzərinə qoyulub. (qafqazinfo.az) 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 Oktyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see356

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see280

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see184

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see147

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see139

Serbiya seçimini etdi, bunu gözləyirik Leyen

15 Oktyabr 2025 21:50see138

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see136

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see136

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see135

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see132

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see131

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see130

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see128

Eltac və Gülnar Avropa çempionatında

16 Oktyabr 2025 00:38see127

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see127

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see124

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see123

Avropa ölkələrini də geridə qoymaq üzrəyik Sosioloq

16 Oktyabr 2025 06:24see122

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see121

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri