Icma.az
close
up
RU
Dodo mənə Qəbələ haqqında çox danışıb Seydina Keyta

Dodo mənə Qəbələ haqqında çox danışıb Seydina Keyta

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Dodo mənə "Qəbələ" haqqında çox danışıb" - Seydina Keyta

“Qəbələ”nin yeni transferlərindən olan Seydina Keyta klubun rəsmi saytına açıqlama verib.

QOL.az xəbər verir ki, seneqallı mərkəz müdafiəçisi təlim-məşq toplanışının ilk günlərindən, Azərbaycan futbolu haqqında məlumatlarından və komandanın keçmiş kapitanı Dodo ilə tanışlığından danışıb:

“İlk olaraq komanda və buradakı infrastrukturu qeyd edə bilərəm. Gördüyüm qədərilə Qəbələdə infrastruktur çox yaxşıdır. Xəstələndiyim üçün komanda ilə oyunlara tam hazırlaşmasam da, bu cür şəraitdə yaxşı performans göstərmək mümkündür”.

Təcrübəli futbolçu “Qəbələ”yə gəlməmişdən öncə komandanın oyunlarını izlədiyini bildirib: “Azərbaycan futbolu barədə məlumatım var idi. ‘Qarabağ’ın demək olar ki, Çempionlar Liqasındakı bütün oyunlarına baxmışam. ‘Qəbələ’ haqqında da məlumatlı idim. Çünki mənim dostum, eyni zamanda komandamızın əfsanəsi olan Dodo vaxtilə burada oynayıb. Onunla Latviyanın ‘Liepaya’ klubunda bir yerdə çıxış etmişik. Dodo ‘Qəbələ’ haqqında mənə çox danışıb. Komandanın bir neçə oyununu da izləmişəm. Zənnimcə, çox maraqlı komandadır. Düzü, ‘Qəbələ’dən təklif gəldikdə bunu Dodoyla müzakirə etmədim. Çünki o, əvvəlcədən mənə ‘Qəbələ’ haqqında çox şey danışmışdı. Həmçinin Dodonun ‘Qəbələ’nin heyətində avrokuboklarda çıxış etdiyi oyunlara da baxmışam. İlk təəssüratım bu oldu ki, çox yaxşı komandadır. Buna görə də əlavə məlumata ehtiyacım yox idi. Həmçinin futbolçu olaraq gedəcəyim komanda barədə çox soruşmağı xoşlamıram. Əsas odur ki, həmin klubda  özüm yaxşı təəssüratı yaradım”.

Keyta sonda “Qəbələ” azarkeşlərinə müraciət edib: “Azarkeşlərə sözüm odur ki, komandaya dəstək olsunlar. Hazırda ‘Qəbələ’ çətin vəziyyətdədir. Buna görə də onların dəstəyinə xüsusilə ehtiyacımız var. Söz verə bilərəm ki, hər şey yaxşı olacaq. Biz əlimizdən gələnin ən yaxşısını etmək üçün buradayıq. Ümid edirəm ki, hamımız birlikdə yaxşı nəticə qazana bilərik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://qol.az
archiveBu xəbər 14 Yanvar 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri