Icma.az
close
up
RU
DOGE ABŞ hökumətinin 470.000 kredit kartını bloklayıb

DOGE ABŞ hökumətinin 470.000 kredit kartını bloklayıb

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İlon Maskın nəzarət etdiyi ABŞ Hökumətinin Səmərəliliyi Departamenti (DOGE) auditdən sonra ABŞ dövlət qurumlarına verilmiş 470 000 kredit kartını bloklayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə DOGE-nin "X" sosial platforma səhifəsində qeyd edilib.

“İstifadə olunmayan və arzuolunmaz kredit kartlarının auditi proqramı 30 dövlət orqanına qədər genişləndirilib. 7 həftədən sonra - təxminən 470 min kart deaktiv edildi", - deyə qeyd edilib. Həmçinin bildirilir ki, auditin başlandığı vaxtda təxminən 4,6 milyon kart işləyirdi.

DOGE məlumatlarını şərh edən Elon Mask əlavə edib ki, işçilərin xərclərini ödəmək üçün dövlət qurumlarına verilən kredit kartlarının sayı “dövlət işçilərinin ümumi sayından iki dəfə çoxdur”. Onun fikrincə, bu nisbət “dəlilik”dir.

Fevralın sonunda, DOGE-nin bir sıra federal agentliklər üçün hökumət kredit kartı xərclərinə məhdudiyyətlər təyin etdiyi və məhdudiyyətləri bütün federal agentliklərə genişləndirməyi planlaşdırdığı bildirilib. Bu qərara səbəb dövlət bank kartlarının məmurlar tərəfindən pis niyyətlə, o cümlədən dələduzluqla istifadə edilməsinə dair şübhələr olub. "Wired" jurnalının məhdudiyyətlərdən təsirlənən agentliklərdəki mənbələri qeyd ediblər ki, onlar bu şübhələri əsassız hesab edirlər, çünki bütün kredit kartı xərcləri də hesabata tabedir və bir çox hallarda onlardan istifadə üçün rəhbərlərdən icazə tələb olunur.

"Wired" həmçinin bildirdi ki, tətbiq edilən limit məhdudiyyətlərin artıq qüvvəyə mindiyi federal qurumlarda bəzi iş proseslərini iflic edib. Onların sözlərinə görə, ABŞ Kənd Təsərrüfatı Departamentinin və Federal Aviasiya Administrasiyasının əməkdaşları dövlət satınalma əməliyyatlarını sürətlə həyata keçirmək mümkün olmadığı üçün bir sıra mühüm layihələrin dayandırıla biləcəyindən ehtiyat edirlər. Artıq məmurlar öz qurumlarının işində mühüm prosesləri dəstəkləmək üçün xərclərin bir hissəsini öz vəsaitləri hesabına ödəməyə qərar veriblər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Aprel 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri