Icma.az
close
up
RU
Doğma rayonunda şəhid olan zabit

Doğma rayonunda şəhid olan zabit

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vətən müharibəsində millətinə, dövlətinə və torpağına bağlılığı, vətənpərvərliyi ilə gələcək nəsillərə örnək olan şücaətli oğullardan biri də şəhid Elçin Əzizovdur. 30 mart 1985-ci ildə Cəbrayıl rayonunda dünyaya göz açıb. 1991-ci ildə Cəbrayıl rayonu Yuxarı Mərcanlı kənd orta məktəbində 1-ci sinfə daxil olub. Cəbrayıl rayonu işğal olunanda ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb, 2002-ci ildə Nizami rayonunda yerləşən Füzuli rayon 88 nömrəli məktəbi bitirib. 2002-2006-cı illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alıb. 2006-2007-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olan Elçinin ən böyük arzularından biri də işğal altında olan doğma Cəbrayılına qovuşmaq idi.

Gündən-günə artan vətən həsrəti və düşmənə nifrət hissi Elçinin 2012-ci ildən yenidən ordu sıralarına gəlməsinə səbəb oldu. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Dəstəsində müxtəlif vəzifələrdə xidmət edən Elçin hər bir sərhədçi kimi səbirsizliklə işğal altında olan ərazilərin azad olunması uğrunda zəfər yürüşünün başlanacağı günü gözləyirdi.

Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanan Elçin dünyaya göz açdığı doğma Cəbrayılın azadlığını gördükdən sonra elə doğma torpaqda şəhadətə yüksəlib. Cəsur zabitimizin sonuncu dayandığı yer Cəbrayıl rayonundakı Mahmudlu sərhəd zastavası idi. Oktyabrın 13-də baş leytenant Elçin Əzizov Naxçıvandan olan mayor Malik Əliyevlə birgə Cəbrayıl rayonunun Sarıcallı kəndində ağır yaralanmış hərbçilərimizi xilas etməyə - savaş meydanından çıxarmağa gedərkən düşmən idarə olunan raketlə onların maşınını vurur. Bu amansız atəş hər iki zabitimizi şəhid edir. 15 oktyabr 2020-ci ildə Bakı şəhərində İkinci Fəxri xiyabanda dəfn olunub. 3 övladı yadigar qalıb.

Prezident İlham Əliyevin sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Qardaşı Cavid Əzizov söyləyir ki, Elçini Sərhəd Qoşunlarında xüsusi təyinatlı kimi işə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev şəxsən qəbul etmiş, bu bacarıqlı oğlanın onun rəhbərliyi altında xidmət etməsini istəmişdi. Qəbul zamanı general ona belə bir sual da vermişdi:

- Səni Azərbaycanın ən ucqar bölgəsinə xidmətə göndərsəm gedərsənmi?

Elçin Əzizov düşünmədən cavab vermişdi:

- Cənab general, Azərbaycanın bayrağı harada dalğalanırsa, mən orada sevə-sevə xidmət etməyə hazıram.

Vətənin ərazi bütövlüyünü və sərhədlərimizin toxunulmazlığını bərpa etmək üçün xidmətə başlayan Elçin tezliklə xüsusi təyinatlı kimi cəbhənin müxtəlif istiqamətlərinə ezam olunur. Ağdərə bölgəsində, Talış kəndi istiqamətində olur, daha sonra doğma rayonuna - Cəbrayılın Cocuq Mərcanlı kəndindəki Lələtəpəyə gəlir. Elçin Əzizov nümunəvi xidmətinə görə bir sıra təltif alır. 2016-cı ildə baş verən Aprel döyüşlərində göstərdiyi fədakarlığa görə baş leytenant hərbi rütbəsinə layiq görülür.

Baş leytenant kimi qüsursuz xidmətə davam edən Elçin Əzizov inanırdı ki, bir gün Ali Baş Komandan torpaqlarımızı azad etmək üçün “İrəli!” komandası verəcək. Və nəhayət o gün gəldi... Vətən müharibəsinin başlanmasına ən çox sevinənlərdən biri Elçin idi. “O, bütün varlığı ilə inanırdı ki, bu müharibə bizim qələbəmizlə bitəcək. Elçin bizim hansı bir şərəfsiz düşmənlə üz-üzə dayandığımızı yaxşı bilirdi. Buna görə də yalnız Qələbə üçün vuruşmalı olduğumuzu vurğulayırdı. Onu ancaq irəli getmək, düşməni geri oturtmaq, məhv etmək, torpaqlarımızı düşmən tapdağından xilas etmək düşündürürdü. Bizimlə telefon əlaqəsi saxlayanda da çox nikbin əhvali-ruhiyyədə olur, zarafatından qalmır, narahat olmamağımızı tövsiyə edir, bayrağımızın tezliklə Cəbrayılda, Zəngilanda, Şuşada dalğalanacağını söyləyirdi”, - deyə Elçinin dayısı, həm də qayınatası Vaqif Əhmədov bildirir.

Evdə anası, xanımı və 3 azyaşlı uşağı Elçindən nigaran qalsa da onun xəyalı Qarabağda - doğma Cəbrayılda, Füzulidə, Qubadlıda, Laçında, Zəngilanda, Ağdamda, Şuşada dolaşırdı. Qəlbinin vətən haraylı çağırışının arxasınca uçmağa da hazır idi ki, işğal altındakı torpaqlarımıza çata bilsin.

Müharibədən uğurla dönəcəyinə söz vermişdi... Savaşda qələbənin hansı ağır məhrumiyyətlər hesabına başa gəldiyini təsəvvür etmək o qədər də çətin deyil. Vətən məhəbbəti, Qələbə eşqi bütün bunlara dözməyi, hər ağrıya-acıya üstün gəlməyi digər hərbçilər kimi Elçin Əzizova da “öyrətmişdi”. Elçin şəhid olmazdan əvvəl doğma Cəbrayılın azadlığı uğrunda vuruşdu, doğulduğu Böyük Mərcanlı kəndinin düşmən tapdağından xilas olmağını görə bildi. O, Füzuli-Cəbrayıl istiqamətində gedən qanlı döyüşlərdə cəsurluq nümayiş etdirdi, bir sıra yaşayış məntəqələrinin düşməndən geri alınmasında iştirak etdi.

Şəhidin böyük oğlu Yusif atasının hansı amal uğrunda canını fəda etdiyini yaxşı anlayır. Onun atasının məzarı üstünə yazıb qoyduğu məktub indiyə kimi də hamını təsirləndirib: “Atam şəhid olandan sonra hərə bizə bir cürə köməyini əsirgəmədi. Kaş onların yerinə mənə atamı bir dəfə qucaqlayıb öpmək və səsini eşitmək hədiyyəsini verə biləydilər”, - deyə o, məktubunda qeyd edib. Atasının şəhadətə qovuşması Yusifin həyatında yeni bir səhifə açıb, onu şərəfli bir yola çıxarıb. Eləcə də digər övladları Duyğu və Uğuru...

M.MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Noyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri