Icma.az
close
up
RU
Doğma torpaqlara qayıdış təkcə bölgələrin deyil, xalqın ruhunun da bərpasıdır

Doğma torpaqlara qayıdış təkcə bölgələrin deyil, xalqın ruhunun da bərpasıdır

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

"Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına “Böyük Qayıdış” təkcə dövlət proqramı deyil, eyni zamanda, xalqın mənəvi dirçəlişi və tarixi ədalətin bərpasıdır".

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Mahir Süleymanlı bildirib. Qeyd edib ki, iğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, mərhələli şəkildə doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlər yeni bir həyatın qurucuları olaraq regionun inkişafında önəmli rol oynayırlar. Bu insanlar təkcə yeni həyat qurmaqla kifayətlənmir, həm də bölgənin dirçəlişinə töhfə verirlər.

2024-cü ilin dekabrında Qaradağ rayonundan yola düşən növbəti köç karvanı, yenidən qurulan Şuşa şəhərinə daha 48 ailəni - 164 nəfəri gətirdi. Şuşaya ayaq basan hər bir şəxs üçün bu, sadəcə bir köç deyil, həyatlarının ən duyğulu və möhtəşəm anlarından biridir. 

Onların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmaları, şəhidlərimizin müqəddəs xatirəsinə göstərdikləri yüksək ehtiram və bu qayğının təməlində dayanan Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürləri ilə ifadə olunurdu.

Bununla yanaşı, dekabrın 2-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb. Bu mərhələdə şəhərə köçürülən 129 nəfərdən ibarət 34 ailəyə mənzillərin açarları təqdim edilib. Cəbrayıla daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib. 

Millət vəkili vurğulayıb ki, hazırda Qarabağ və Şərqi Zəngəzur regionlarında 30 minə yaxın insan yaşayır. Onlar arasında məcburi köçkünlər, dövlət qurumlarının yerli bölmələrində çalışanlar, səhiyyə, təhsil, mədəniyyət, turizm və sənaye müəssisələrinin əməkdaşları var. 

İşğaldan azad edilmiş ərazilərin bərpası və burada dayanıqlı həyatın təmin edilməsi Azərbaycan hökumətinin əsas prioritetlərindən biridir. Bu məqsədlə təsdiq edilmiş "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində genişmiqyaslı layihələr həyata keçirilir.

Proqramın əsas hədəflərindən biri minalardan təmizləmə əməliyyatlarının uğurla tamamlanmasıdır. 2026-cı ilin sonunadək ümumilikdə 280 min hektar ərazinin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur. Bununla yanaşı, yaşayış üçün müasir infrastruktura malik olan 34,500 mənzil və fərdi yaşayış evi inşa ediləcəkdir.

Sözsüz ki, təhsil sahəsi də diqqət mərkəzindədir. 197 məktəbəqədər və ümumi təhsil müəssisəsi, 8 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsi tikiləcək və ya bərpa ediləcək.

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi həyatın yenidən qurulması məqsədilə sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlər yaradılacaq və məşğulluğun artırılması üçün addımlar atılacaqdır. Qayıdan əhalinin dayanıqlı məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsi də Proqramın əsas istiqamətlərindən biridir.

Rahat əlaqələrin təmin edilməsi üçün 26 avtomobil yolu layihəsi 2026-cı ilin sonunadək başa çatdırılacaq. Bu layihələr bölgələrin iqtisadi və sosial inteqrasiyasını sürətləndirmək məqsədi daşıyır.

Böyük Qayıdış  təkcə dağıdılmış ərazilərin deyil, həm də xalqın mənəvi dəyərlərinin və milli birliyinin dirçəldilməsi məqsədini daşıyır. Bu tarixi sənəd, Azərbaycanın gələcəyini təmin edən strateji bir addım olaraq tarixə yazılacaq.

Azərbaycanın bu səyləri ölkənin inkişaf potensialını nümayiş etdirir və işğaldan azad edilmiş torpaqlarda həyatın yenidən bərqərar olması üçün möhkəm zəmin yaradır.

Müasir texnologiyalarla təchiz olunmuş "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyaları, Zəngilanın Ağalı kəndi bunun ən bariz nümunəsidir.

Görülən işlər  sadəcə ərazilərin bərpası deyil, həm də müasir Azərbaycanı dünya səhnəsində daha güclü göstərən nümunələrdir.

Bu bölgədə kənd təsərrüfatı, sənaye və turizmin inkişafı ilə yanaşı, sosial rifahın artırılması əsas prioritetlərdəndir. Yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatın, mədəniyyətin və turizmin mərkəzlərindən birinə çevriləcək.

M.Süleymanlı bildirib ki, doğma torpaqlarına qayıdan insanlar hər gün Azərbaycan dövlətinin qüdrətini, şəfqətini və yenidənqurma işlərinin yaratdığı ümid dolu gələcəyi hiss edirlər. Böyük Qayıdış təkcə fiziki məkanlara dönüş deyil, həm də xalqın milli ruhunun dirçəlişi, şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın əbədi simvoludur. Dağıdılmış yurdların bərpası, bu torpaqlara həyatın yenidən qayıdışı, həm də gələcək nəsillərin firavanlığını təmin edən tarixi bir missiyadır. Bu möhtəşəm dönüş, Azərbaycanın müstəqil inkişaf tarixində ən parlaq səhifələrdən biri kimi əbədiləşəcək və xalqımızın əzmkarlığının misilsiz nümunəsi olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Dekabr 2024 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri