“Doğma yurdumda sənətimi davam etdirəcəyəm“ Şuşaya qayıdan sakin
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə qayıdan keçmiş məcburi köçkün Zaur Xanəliyev doğma yurduna dönməyin sevincini jurnalistlərlə bölüşüb.
Moderator.az xəbər verir ki, o bildirib ki, ailəsi 1992-ci ildə Şuşanı tərk etməyə məcbur olub.
"1992-ci ildə Şuşanı məcburi tərk etdik. Dörd qardaş idik. Bu gün isə doğma vətənimizə qayıdırıq. Sevincimizin həddi-hüdudu yoxdur", - deyə o bildirib.
Zaur Xanəliyev Prezident İlham Əliyevə təşəkkür edib, şəhidlərə Allahdan rəhmət, qazilərə isə cansağlığı arzulayıb.
"Şuşa sakiniyəm. Allah Prezidentimizi qorusun. Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Doğma vətənimə gedib orada işimi davam etdirmək istəyirəm. Qaynaqçıyam və peşəmi doğma torpağımda davam etdirəcəyəm", - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 25 İyun 2026 08:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















