Doğru yoldayıq, uğursuzluqdan çıxacağıq Santuş
Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.
Hər oyuna qələbə istəyi ilə çıxırıq. Son 3 matçda nəticə qazana bilməsək də, yığma məzmunlu oyun nümayiş etdirir.
Sitat.info xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveç seçməsinə qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə keçirilən mətbuat konfransında deyib.
"Millimizin oyunları göstərir ki, doğru yoldayıq. Sabahkı görüşdə müdafiə olunmaq barədə yox, hücum etməyi düşünürük. İnanıram ki, tez bir zamanda uğursuzluqdan çıxacağıq", - Santuş bildirib.
Qeyd edək ki, noyabrın 19-da “Friends Arena”da saat 23:45-də İsveç – Azərbaycan matçı start götürəcək.
Baxış sayı:114
Bu xəbər 18 Noyabr 2024 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















