Icma.az
close
up
RU
Doğulduqdan bir gün sonra tərk edildiyi deyilmişdi 37 il sonra keçmişinin izində...

Doğulduqdan bir gün sonra tərk edildiyi deyilmişdi 37 il sonra keçmişinin izində...

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1988-ci il aprelin 28-də Cənubi Koreyanın Anyan şəhərində dünyaya gələn Ço Yonq-ki adlı körpəyə anasının onu doğduqdan bir gün sonra tərk etdiyi deyilib. Beş aydan az müddət sonra o, Miçiqanın Bey Siti şəhərində polşalı-amerikalı ailəyə övladlığa verilib. İllərlə ona deyilən bu hekayəyə inanıb, ta ki ötən ilin martında bir dostu ona Cənubi Koreya hökumətinin 50 illik övladlığa verilmə fırıldaqlarını etiraf edən məqalə göndərənədək...


Araşdırmalar və şübhələr

Qaynarinfo xəbər verir ki, "Washington Post"a danışan Aaron Qrejqorçik həmin məqaləni oxuyarkən çox təəccübləndiyini deyib: "Bunlardan heç birindən xəbərim yox idi".

Həmin andan etibarən keçmişini araşdırmağa başlayıb.

Digər bir övladlığa verilən şəxs - Rebekka Kimmel də 2024-cü ilin fevralında Sietldəki evində, övladlığa verilmədən əvvəl çəkilmiş fotolarını öz sənədlərində göstərilən başqa bir qızın fotosu ilə müqayisə edərək, kimliyinin dəyişdirildiyindən şübhələnib.

Saxta sənədlər və insan haqları pozuntuları

Bu ilin əvvəlində Cənubi Koreya hökuməti tərəfindən yaradılan müstəqil istintaq komissiyası ilk dəfə olaraq ölkədə uzun illər davam edən və "mənfəət yönümlü övladlığa verilmə sənayesi" adlandırılan sahədə insan haqları pozuntularına yol verildiyini etiraf edən hesabat yayıb.

1964-1999-cu illər arasında baş verən onlarla hadisənin araşdırılması zamanı məlum olub ki, bəzi uşaqların bioloji valideynlərinin razılığı olmadan ailələrindən alınması, bəzilərinə isə saxta doğum adları və saxta hekayələrlə xaricə göndərilmədən əvvəl sənədlərin düzəldilməsi halları baş verib. Bəzi uşaqlar isə qanuni sənədlər olmadan və ya övladlığa götürəcək ailə ilə bağlı yetərincə araşdırma aparılmadan göndərilib. Agentliklər isə "tələbata uyğun kütləvi ixrac” adı ilə planları doldurmaq üçün tələsiblər.

TRC-nin tapıntıları

Cənubi Koreya Həqiqət və Barışıq Komissiyası (Truth and Reconciliation Commission – TRC) 11 ölkəyə övladlığa verilən 367 hadisənin qismən araşdırmasına əsaslanaraq bildirir: "Uzun illər davam edən beynəlxalq övladlığa verilmə təcrübəsi hökumətin vətəndaşlarının əsas insan hüquqlarını qorumaqda uğursuzluğunu göstərir".

Bəzi hallarda bioloji valideynlərə uşaqlarının doğulduqdan sonra vəfat etdiyi yalanı deyilib. Danimarka Koreya Hüquqları Qrupu adından çıxış edən Boon Yanq Han isə bildirib: "İndiyədək heç bir sağlam sənədli hadisə ilə qarşılaşmamışıq".

Qrejqorçik üçün bu xəbərlər həyatını başdan sona sorğulamağa səbəb olub. 10 yaşında övladlığa götürən anası ona bioloji anasının onu tərk etdiyini deyib. Bu anı "ilk ekzistensial krizi” adlandıran Aaron o vaxtdan bəri emosional və psixoloji çətinliklərlə üzləşdiyini bildirib.

Cənubi Koreya onu doğduğu dövrdə müharibədən sonrakı yoxsulluqdan çıxmağa və demokratikləşmə prosesinə qədəm qoymağa başlamışdı. Qrejqorçik isə əksəriyyəti ağdərili olan bir cəmiyyətdə yad hiss edərək böyümüş, yeniyetməlik dövründə davranış pozuntuları yaşamışdı.

2006-cı ildə qrafik dizayn təhsili alsa da, 2008-ci il maliyyə böhranı səbəbindən iş tapa bilməyəcəyindən qorxaraq təhsilini yarımçıq qoyub. Uzun illər təcili yardım texnik kimi işləyib, lakin bu işin çətinliyi nəticəsində travma sonrası stres pozuntusu diaqnozu alıb. Narkotik maddə asılılığı və həbs cəzaları da yaşayıb.

2019-cu ildə ata olacağını öyrəndikdən sonra həyatını dəyişmək qərarına gəlib və dam ustası kimi işləməyə başlayıb.

"Xoşbəxt deyə bilmərəm, amma əksər vaxtlarda sakitəm", deyən Aaron bu yaxınlarda baş verən hadisələrin onu yenidən sarsıtdığını bildirib.

Kağız parçası deyil, kimliyin izi

Aktivistlər və övladlığa verilən şəxslər Cənubi Koreyadakı övladlığa verilmə qurumlarını illərlə sənədləri paylaşmamaqda və ya ləng davranmaqda ittiham edirlər. "Washington Post"a danışanlar qeydiyyat sənədlərinə çatmaq üçün illərlə bürokratik əngəllərlə üzləşdiklərini deyiblər.

Bun Yanq Han isə sənədlərin "sadəcə kağız parçası deyil, kimliyimizin izini sürmək üçün yeganə ipucu” olduğunu vurğulayıb.

Son olaraq Cənubi Koreya hökuməti bütün övladlığa verilmə agentliklərinə sənədləri iyul ayından etibarən Milli Uşaq Hüquqları Mərkəzi adlı dövlət qurumuna təhvil verməyi əmr edib. Han bu dəyişikliyin axtarış prosesini standartlaşdıra biləcəyini, lakin sənədlərin ötürülməsi zamanı itirilməsi riskindən narahat olduğunu bildirib.

Qaranlıqda qalan doğum

Qrejqorçikin sənədlərində isə çoxlu sual doğuran boşluqlar var. Onun tərk edildiyinə dair polis hesabatı və ya bioloji valideyn tərəfindən imzalanmış imtina forması yoxdur. Doğulduğu deyilən klinikanın nə adı, nə də ünvanı göstərilir. "Ailə mənşəyi” isə yalnız "Hanyang” kimi ümumi şəkildə göstərilib.

Övladlığa verilmə agentliyindən bir işçi Aaronun "bioloji anası” ilə danışdığını iddia edib. Qadının bu danışıqdan məmnun olduğu bildirilib. Qrejqorçik bir məktub yazaraq, qızından, bacısından və ailəsindən bəhs edib, anasından soruşmaq istədiyi sualları olduğunu yazıb. Lakin o zamandan bəri qadından heç bir xəbər ala bilməyib.

May ayında Detroytdan qayıdarkən çəkdiyi video-mesajda isə ümidlərinin boşa çıxdığını, ancaq sənədlərinin saxta olmaya biləcəyini söyləyib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 İyul 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri