Icma.az
close
up
RU
DOĞUM AZALIR, MÜAVİNƏT İSƏ ARTMIR Qonşu ölkələrdə vəziyyət necədir?

DOĞUM AZALIR, MÜAVİNƏT İSƏ ARTMIR Qonşu ölkələrdə vəziyyət necədir?

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədə yeni doğulan 87325 uşağa proaktiv qaydada birdəfəlik müavinət təyin olunub. Bu müavinətin məbləği 600 manat (355 dollar) təşkil edir.

Maraqlıdır, bu müavinət qonşu ölkələrdə hansı qaydada ödənilir?

Son illərdə qonşu ölkələrdə doğuma görə verilən birdəfəlik müavinətlər sosial dəstək siyasətində fərqlilikləri ortaya qoyur.

Türkiyə ilk uşaq üçün birdəfəlik yardım 2025-ci il üzrə 5000 lirə, təqribən 230 AZN-dır. İkinci və sonrakı uşaqlar üçün isə aylıq ödəniş sistemi tətbiq olunur.

Rusiya Federasiyasında federal səviyyədə birdəfəlik doğum müavinəti 2025-ci ildə 26 942 rubl, təqribən 576 AZN (təqribi 339 dollar) təşkil edir. Bununla yanaşı, regional əlavələr və ana kapitalı kimi əlavə sosial dəstək paketləri də mövcuddur.

Gürcüstan da isə sosial cəhətdən həssas ailələr və çoxuşaqlı ailələr üçün birdəfəlik yardım təklif olunur. 2025-ci ilin məlumatına görə, üçüncü və sonrakı uşaqlar üçün yardım təqribən 1000 lari, təqribən 337 dollara qədər dəyişir.

Ermənistanda 2026-cı illər üçün hökumət planlaşdırır ki, birinci və ikinci uşağa görə birdəfəlik müavinət 500 000 dram, təqribən 1 250 dollar olsun. Üçüncü və dördüncü uşağa görə bu məbləğ 1000 000 dram (2500 dollar), beşinci və daha çox uşağa görə isə 1500 000 dram (3750 dollar) təşkil edir.

Ekspertlər qeyd edirlər ki, qonşu ölkələrdə birdəfəlik müavinətlərin məbləği həm ölkənin iqtisadi imkanları, həm də sosial siyasət prioritetləri ilə bağlıdır. Xüsusilə Ermənistanın verdiyi yüksək məbləğlər əhali artımı siyasətini dəstəkləyir. Bu, ölkə əhalisinin kəskin azalması ilə bağlıdır.

Azərbaycanda isə birdəfəlik ödənişin artırılması və proaktiv sistemə keçid, ailələr üçün dəstəyin əlçatanlığını artırıb. Ancaq bəzi qonşu ölkələrlə müqayisədə məbləğ hələ ki, nisbətən aşağıdır.

Onu da qeyd edək ki, 2020–2025-ci illər üzrə Azərbaycanda doğum göstəriciləri demoqrafik vəziyyətin ciddi şəkildə dəyişdiyini göstərir. Rəsmi qurumların və açıq mənbələrin məlumatları son illərdə doğulan körpələrin sayında davamlı azalma olduğunu ortaya qoyur.

2020-ci ildə ölkədə 126 571 körpə doğulmuşdusa, sonrakı illərdə rəqəmlər aşağı düşüb. 2021-ci ildə doğulanların sayı 112 284, 2022-ci ildə isə 122 846 nəfər təşkil edib.

Daha kəskin azalma son iki ildə qeydə alınıb. 2023-cü ildə ölkədə 112 620, 2024-cü ildə isə cəmi 102 310 körpə doğulub.

Beləliklə, 2020–2024 dövründə illik doğumların sayı 24 min nəfərdən çox azalıb.

Doğumun ümumi əhali sayına nisbəti də aşağı düşüb: 2020-ci ildə hər 1000 nəfərə 12.7 doğum düşürdüsə, 2024-cü ildə bu göstərici 10.0 olub.

Mütəxəssislər son illərdə doğum sayının azalmasını sosial-iqtisadi amillərlə və ümumi demoqrafik tendensiyalarla əlaqələndirirlər.

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Dekabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri