Icma.az
close
up
RU
Doğum günün mübarək, Azərbaycanın Mübariz oğlu

Doğum günün mübarək, Azərbaycanın Mübariz oğlu

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Atalarımız gözəl deyib: "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı".
Müqəddəs vətəni qorumaq isə hər bir övladın ilkin borcudur. Azərbaycanda belə qəhrəmanlar çox yetişib, yetişməkdə davam edir və bundan sonra da davam edəcək. Vətənimizin övladları həmişə öz mərdliyi, cəsarəti, gücü ilə seçiliblər, tanınıblar. Düşmən qüvvələrə qan uddurublar və canlarını qurban ediblər. Azərbaycanın hər bir şəhidi xalqın qəlbində xüsusi yer tutur. Bu gün adı ilə dillərdə dastan olan, düşməni qorxuya salan, titrədən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.
O, 7 fevral 1988-ci ildə, Biləsuvar rayonunun Əliabad kəndində dünyaya göz açıb. Uşaq yaşlarından idmanın boks növü ilə məşğul olmuş Mübariz 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb. Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı xüsusi təyinatlı qüvvələrdə xidmət edib. İki il sonra hərbi xidmətini bitirib, 2009-cu ildə isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü xidmətə başlayıb.
Adı kimi mübariz, şücaətli igidimiz 18 iyundan 19 iyuna keçən gecə məktub yazaraq, Tərtər rayonunun Çaylı kəndi yaxınlığında döyüş növbəsində olduğu vaxt düşmən tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində başlanan atışmada şəxsi rəşadət nümayiş etdirib və şəhadətə ucalıb.
Prezident İlham Əliyev Mübariz İbrahimov və Fərid Əhmədovun vida mərasimində Mübariz İbrahimovun 5 nəfəri öldürüb, 3-nü yaraladığını bildirib. Döyüşdən sonra M. İbrahimovun nəşi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı ərazilərdə qalmışdı, lakin Ermənistan tərəfi bunu uzun müddət təkzib etmişdi. Aylarla davam edən danışıqlardan sonra oktyabrda Rusiyanın vasitəçiliyi ilə Həştərxan şəhərində imzalanan bəyannaməyə əsasən Vətənin mərd oğlunun nəşi 2010-cu il, 6 noyabrda Azərbaycan tərəfinə təhvil verilib. O, İkinci Fəxri Xiyabanda dəfn edilib.

Mübarizin cəsarəti, özgüvəni, vətən sevgisi gənclərimizə bir nümunədir. Demək olar ki, vətəni qorumağa yollanan hər bir Azərbaycan oğlu Mübarizin, şəhidlərimizin qəhrəmanlığından ilham alırlar. Bu gün Azərbaycan suveren dövlətdir və hər bir şəhidimizn ruhu şaddır. Onlar cənnətdən bizə gülümsəyirlər, həmin vətənpərvər övladlar cismən yanımızda olmasalar da hər zaman yaşayacaqlar.
Necə deyərlər: "Vətən uğrunda ölüm qədər dadlı və şərəfli ölüm varmı?" Əlbbəttə ki, yox. Bu ölüm ölümsüzlüyün simgəsidir.

Döyüşəndə həmişə Mübariz ol.

Ölümə gedir sonu işıqlı yol.

Haqsızlığa dözmə budur əsil yol.

Təki sən Vətən ugrunda şəhid ol.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://missiya.az
archiveBu xəbər 07 Fevral 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri