Doğum günündə ərini öldürən qadına hökm oxundu
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda doğum günündə ərini öldürməkdə təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, təqsirləndirilən Nərgiz Quliyevanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini təkli edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Nərgiz Quliyevanın ittiham olunduğu CM-nin 120.1-ci maddəsi həmin məcəllənin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə töfsiv edilib və ona qəti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum cəzası təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin avqust ayında paytaxtın Xəzər rayonunun Türkan qəsəbəsində baş verib. Məlumata görə, 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiq Quliyevi bıçaqlayaraq qətlə yetirib. İlkin məlumatlara səbəb münaqişəyə səbəb zərərçəkən şəxsin ad günündə ailəsi ilə birgə spirtli içki içməsi və yoldaşının ona bu səbəbə görə irad bildirməsi olub. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Xəzər rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb və Nərgir Quliyevaya Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub./APA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 02 Aprel 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















