Icma.az
close
up
RU
Doğuşdan sonra ana ölümünün səbəbi açıqlandı: qıcolmalar müşahidə olundu

Doğuşdan sonra ana ölümünün səbəbi açıqlandı: qıcolmalar müşahidə olundu

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Akademik Mirqasımov adına Klinik Xəstəxanada Rübab Dadaşova adlı qadının doğuşdan sonra ölməsi ilə bağlı məlumat yayılıb. İddia edilib ki, hamilə qadın anamnez götürülmədən əməliyyata alınıb. Uşaq doğulduqdan sonra qadının epilepsiyası olub və ona naməlum iynə vurulub. Komaya girən R.Dadaşova yanvarın 2-i ölüb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1 yanvar 2025-ci il saat 16:40 radələrində 2001-ci il təvəllüdlü, 37-38 həftəlik hamilə olan şəxs Respublika Klinik Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub.

"Qadın ilk doğuşunun qeysəriyyə kəsiyi əməliyyatı ilə həyata keçirildiyini, əvvəlki qeysəriyyə çapığı bölgəsində şiddətli ağrılar hiss etdiyini bildirib.

Pasiyentin ilkin müayinəsi aparılıb, zəruri laborator və instrumental analizlər yerinə yetirilib. Təcili olaraq əməliyyata alınan xəstədə əməliyyatın son mərhələlərində qıcolmalar müşahidə edilib. Bu səbəblə xəstəyə sedasiya tətbiq edilərək təcili olaraq Reanimasiya şöbəsinə köçürülüb. Reanimasiya şöbəsində də qıcolmalar davam edərək, vəziyyəti daha da ağırlaşan xəstəyə intubasiya tətbiq olunub, lakin qıcolmaların qarşısını almaq mümkün olmayıb. Ağırlaşmanın fonunda aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, xəstənin ölüm faktı qeydə alınıb.

Dəqiq diaqnozun təsdiqi üçün reanimasiya və əməliyyat zamanı toplanan klinik məlumatlar, histopatoloji və laborator analizlər həlledici rol oynayacaq. Hazırda bu səbəblərin araşdırılması, tam dəyərləndirilməsi üçün müvafiq istintaq və tibbi ekspertiza prosesi davam edir", - məlumatda bildirilib.

Qeyd edilib ki, sözügedən şəxsin boyu 52 sm, çəkisi 3 kq. 400 qr. olan qız övladı dünyaya gəlib. Zəruri tibbi xidmətlər göstərilən, vəziyyəti qənaətbəxş olan körpə ambulator müalicə üçün evə buraxılıb.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Yanvar 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2021

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see239

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see199

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see184

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see181

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see155

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see138

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see137

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see135

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see129

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see128

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see127

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see126

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri