Icma.az
close
up
RU
Doğuşdan sonra... Qadınların ən çox verdiyi suallar

Doğuşdan sonra... Qadınların ən çox verdiyi suallar

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Doğuşdan sonra qadın orqanizmində müxtəlif dəyişikliklər baş verir.

İlk dəfə doğan qadınları bu dəyişikliklər bəzən narahat edir, qorxuzur. Bəzən isə qadınlar onların  vəziyyətində baş verənləri düzgün qiymətləndirmir və həkimə vaxtında müraciət etmir ki, nəticədə bu ciddi ağırlaşmalara səbəb olur.

Bu məqalədə biz doğuşdan sonra qadınları narahat edən bəzi suallara cavab vermək istərdik.

- Doğuşdan sonra qanaxma nə zaman kəsilməlidir?

Doğuşdan sonra uşaqlığın daxili səthi geniş yara sahəsidir. Bu yaradan müəyyən müddət ərzində qan ifraz olunur. Uşaqlıq təsricən yığılır və qanaxma da azalır,  ifrazatların rəngi isə qırmızıdan qəhvəyi rənginə dəyişilir. Təxminən 2 həftədən sonra ifrazatlar sarı və ya sarı-qəhvəyi rəng alır. 3-4-cü həftələrində ifrazatlar daha da azalır, sarı və ya ağ selik kimi görünür. Doğuşdan 1-1,5 ay sonra ifrazatlar adətən kəsilir.

Əgər doğuşdan sonra ifrazatlar 1,5 aydan çox davam edir, ifrazatların miqdarı azalmır və ya əksinə çoxalır, bədən hərarəti qalxır, qadının qarnında ağrılar əmələ gəlirsə, dərhal həkimə müraciət etmək lazımdır. Bu təhlükəli simptomlardır.

- Doğuşdan neçə müddət sonra oturmaq olar?

Əgər doğuş zamanı aralıq nahiyəsinda cırıqlar olmayıb, aralıq nahiyəsi kəsilməyibsə (epiziotomiya), doğuşdan 1 gün sonra oturmaq olar. Qeysəriyyə kəsiyi əməliyyatından 1-2 gün sonra oturmaq olar.

Lakin əgər aralıq nahiyəsi kəsilib və ya cırılıb, tikişlər qoyulubsa, anaya 1 ay ərzində oturmaq olmaz. Bu çapıqların normal sağalmasını təmin edir. Uşağı əmizdirəndə ana böyürü üstə uzanmalıdır.

Əgər tikişlər nahiyəsində ağrılar olursa, mütləq həkimə müraciət edin.

- Doğuşdan sonra ilk menstruasiya nə zaman başlamalıdır?

Bu müxtəlif vaxtda baş verə bilər. Əgər ana uşağı tam normal şəkildə, uşağın istəyinə görə əmizdirirsə, bütün bu dövr ərzində menstruasiyalar olmur. Bu laktasiyanı stimullaşdıran prolaktin hormonun aktiv şəkildə ifrazı ilə bağlıdır. Yüksək səviyyədə olan prolaktin yumurtalıqda yumurta hüceyrəsinin yetişməsinin, ovulyasiyanın və menstruasiyanın qarşısını alır.

Uşağın menyusuna yeni qidalar (sıyıq, püre və s.) əlavə olunmağa başladıqda (adətən bu 6-7-ci ayında baş verir), əmizdirmə tədricən azalır ki, qadının menstrual dövrü bərpa olunmağa başlayır. Bir çox aktiv şəkildə əmizdirən analarda menstruasiyalar yalnız uşağın 1 yaşəna yaxın bərpa olunur.

Ana uşağa həm ana südü, həm də süni süd ("smes") verdikdə, menstruasiyalar doğuşdan 3-4 ay sonra bərpa oluna bilər.

Ana uşağı heç əmizdirmirsə, doğuşdan 1,5-2 ay sonra onun menstrual dövrü bərpa oluna bilər və menstruasiyalar başlaya bilər.

- Doğuşdan sonra cinsi əlaqələrə nə zaman icazə verilir?

Dediyimiz kimi, doğuşdan sonra uşaqlığın daxili səthi böyük yaradır. Cinsi əlaqə zamanı yaraya infeksiya düşə bilər ki, nəticədə qadında endometrit (uşaqlığın daxili qatının iltihabı) inkişaf edə bilər. Beləliklə, cinsi əlaqələrə yalnız yara tam sağaldıqdan sonra və ifrazatlar kəsildikdən sonra icazə verilə bilər (təxminən 6-8 həftədən sonra).

- Doğuşdan neçə müddət sonra qarın kiçilir?

Bu da çox fərdi prosesdir. Təxminən 6 həftədən sonra uşaqlıq tam yığılır və qadının qarnı kiçilir. Lakin bu tək uşaqlığın yığılması ilə bağlı deyil. Hamiləlik zamanı qarın əzələləri dartılır, qadın çəki yığır. Bu səbəbdən əksər qadınlarda doğuşdan sonra qarın qalır. Lakin bu həll olunmayan problem deyil. Bu problemi həll etmək üçün idmandan, massajdan istifadə edin. İdmana və massaja yalnız uşaqlıq tam yığıldıqdan sonra başlamaq olar (əvvəlcədən həkimlə məsləhətləşin).

Qeysəriyyə kəsiyi əməliyyatı keçirmiş qadınlarda qarın daha gec "gedir".

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri