Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Təxminən iki il əvvəl Türkiyənin "Show TV" kanalında yayımlanan Didem Arslan Yılmazın aparıcısı olduğu proqramda müğənni Doğuşun şəxsi həyatına qarşı irəli sürülən böhtan və təhqiramiz iddialar nəticəsində açılan mənəvi təzminat işi məhkəmə tərəfindən təmin edilib.
Milli.Az xəbər verir ki, bu barədə müğənninin vəkili Feyza Altun məlumat verib. Onun sözlərinə görə, məhkəmə Doğuşun xeyrinə qərar çıxarıb.
Vəkil bildirib ki, məhkəmənin qərarı ilə müəyyən edilən mənəvi təzminat məbləği Doğuş tərəfindən xeyriyyə məqsədilə "Xərçəngsiz Həyat Dərnəyi"nə bağışlanacaq. Altun qeyd edib ki, bu addım həm ədalətin bərpasını, həm də xərçənglə mübarizə istiqamətində fəaliyyət göstərən ictimai təşəbbüsləri dəstəkləməyi hədəfləyir.
Qeyd edək ki, Didem Arslan Yılmazın verilişində Doğuş və Xoşqədəm Hidayətqızının boşandığı iddia olunmuşdu. Lakin sonradan aparıcı Xoşqədəm Hidayətqızından üzr istəmiş və cütlüyün boşanma xəbərlərinin doğru olmadığını açıqlamışdı.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 16 Yanvar 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















