Dohadakı dünya çempionatında Azərbaycanı 14 şahmatçı təmsil edəcək
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 20 noyabr, AZƏRTAC
Qətərin paytaxtı Dohada şahmatın rapid və blits növləri üzrə dünya çempionatı keçiriləcək.
AZƏRTAC Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadla xəbər verir ki, ilin son yarışında Azərbaycan təmsilçiləri də mübarizə aparacaqlar. Ölkəmiz mundialda 14 şahmatçı ilə təmsil olunacaq.
Kişilər arasında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı və Aydın Süleymanlı, qadınların mübarizəsində isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarova bacıları qüvvələrini sınayacaqlar.
Dekabrın 25-30-da keçiriləcək turnirin ümumi mükafat fondu 1 milyon avrodan çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 20 Noyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















