Icma.az
close
up
RU
Doktoranturaya qəbul imtahanının nəticələri açıqlandı

Doktoranturaya qəbul imtahanının nəticələri açıqlandı

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Dövlət İmtahan Mərkəzi doktorantura və dissertanturaya qəbul, eləcə də fəlsəfə doktoru səviyyəsində xarici dil imtahanlarının nəticələrini elan edib.

Modern.az xəbər verir ki, DİM tərəfindən iyunun 25-də doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 16-da isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib. Həmçinin 17-19 iyun tarixlərində namizəd və iddiaçıların danışıq bacarıqları yoxlanılıb.

Məlumata görə, imtahanlarda ümumilikdə 2243 namizəd və iddiaçı iştirak edib. Onlardan 1864 nəfəri doktoranturaya qəbul, 378 nəfəri xarici dil üzrə fəlsəfə doktoru, 1 nəfəri isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak edib. 73 nəfər isə imtahana gəlməyib.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən, 1174 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.

Bundan başqa, 109 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı, 1 əcnəbi iddiaçı isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş tələbləri yerinə yetirib.

Qeyd olunub ki, xarici dil üzrə qəbul imtahanında (habelə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında) bloklar üzrə minimum 2 bal toplamaq şərti ilə 25 və daha çox bal əldə edən namizədlər imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab olunurlar.

Eyni zamanda, qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahan tarixindən etibarən 5 il ərzində ilkin müzakirəyə təqdim etdikləri halda xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunacaqlar.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul qiymət almaq üçün isə bloklar üzrə minimum 2 bal şərti nəzərə alınmaqla 30 bal toplamaq tələb olunur.

DİM bildirib ki, imtahan nəticələri ilə bağlı apellyasiya prosesi 27 iyuldan etibarən telefon əlaqəsi vasitəsilə təşkil olunacaq.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrindən narazı olan namizədlər 25 iyul saat 10:00-dan 26 iyul saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla Apellyasiya Komissiyasına müraciət edə bilərlər.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanının nəticələri ilə bağlı müraciətlər isə həmin tarixlərdə [email protected] elektron poçt ünvanına göndərilməlidir. Göstərilən müddətdə qeydiyyatdan keçməyən namizədlərin sonradan apellyasiya müraciəti qəbul edilməyəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 İyul 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri