Icma.az
close
up
RU
Doktoranturaya sənəd qəbulu hansı formada aparılır ?

Doktoranturaya sənəd qəbulu hansı formada aparılır ?

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

“İpli kağız qovluq” məsələsinə son qoyulubmu? Cari ayın əvvəlindən ali təhsil müəssisələri və elmi tədqiqat institutları tərəfindən doktoranturaya qəbul başlayıb. Qəbul üçün də iddiaçılardan xeyli sənədlər tələb olunur.

Doktoranturaya sənəd qəbulu digər təhsil pillələrində olduğu kimi Elm və Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” - www.portal.edu.az üzərindən, elektron qaydada həyata keçirilir.

Aparılan monitorinqlər və müşahidələr göstərir ki, Universitetlərin demək olar ki, əksəriyyəti öz elanlarında əvvəllər olduğu kimi paralel sənəd qəbulunu qeyd etməyiblər. Yəni qeydiyyatın yalnız rəqəmsal formada , ETN tərəfindən aparılacağını bildiriblər.

Universitetlərin müvafiq şöbələri ETN informasiya sisteminə inteqrasiya olunmaqla özlərinə lazım olan məlumatları rəqəmsal formada elə ETN sistemindən əldə edə bilirlər.

Bu isə o deməkdir ki , Universitetlər doktorantura pilləsində də artıq kağız sənədlər toplamağa, yəni “ipli kağız qovluq” məsələsinə son qoyublar.

Amma bunu AMEA-nın müvafiq elmi müəssisələri haqqında demək olmazdı. Bu təhsil müəssisələrinin bəzilərinin elanlarında hələ də paralel qeydiyyat hallarına rast gəlinir.

Güman ki, bu qurumlar ya ETN və İRİA sistemlərinə inteqrasiya etməyiblər, yaxud da sadəcə köhnə qaydada işləri davam etdirirlər.

Bu isə doğru bir hal deyil.

Ümid edirəm İRİA, AMEA da bunların fərqindədir.

Yeri gəlmişkən, doktorantura pilləsinə qəbul üçün iddiaçılardan xeyli sənədlər tələb olunur :

- elmi müəssisənin rəhbərinin adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- iş yerindən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti

Düşünürəm ki, bu siyahıya əl gəzdirmək olar. Buradakı bəzi sənədləri dövlətə məxsus informasiya sistemlərindən inteqrasiya ilə əldə etmək mümkündür.

Xatırladıram ki , ötən il ETN, İRİA və AzTU qeydiyyatın yalnız portal.edu.az üzərindən elektron formada aparılmasını nəzərə alaraq paralel qeydiyyatdan imtina ilə bağlı təşəbbüslə çıxış etmişdilər.

Ötən il aparılan monitorinqlərdə əksər təhsil müəssisələrinə qəbulun məhz rəqəmsal formada olduğu müşahidə olunmuşdur.

Bir neçə universitetdə kağız formada sənədlərin toplanması halları da olmuş, elm və təhsil naziri Emin Əmrullayev də açıqlamasında bunun doğru olmadığını bildirmişdi.

Ümid edirəm bu il bütün ali təhsil müəssisələrinə sənəd qəbulu elektron formada aparılacaq".

Osman Gündüz,

Azərbaycan İnternet Forumunun prezidenti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 May 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri