“Dokutoor” ilk nümayişini keçirdi
Kulis.az saytına istinadən Icma.az xəbər verir.
“Nizami” Kino Mərkəzində DokuBaku Beynəlxalq Sənədli Film Festivalı komandasının “DokuToor” layihəsi çərçivəsində ilk nümayiş proqramı baş tutub.
Kulis.az xəbər verir ki, nümayişdə DokuBaku Beynəlxalq Sənədli Film Festivalında mükafat almış “Tanrının xilas əli” (rej.Babək Abbaszadə; iCosmos mükafatı), “40.30” (Rusiya, rej. Vasili Ovçinnikov; iCosmos Xüsusi mükafatı), “Elə o vaxtdan mən uçuram” (İsveçrə, rej. Aylin Gökmən; iCosmos mükafatı) qısametrajlı sənədli filmlər tamaşaçılara təqdim olunub.
Hər üç film ekstremal vəziyyətlərdə insanın duyğularının transformasiyasından, sağqalma instinktinin insanı necə dəyişdiyindən bəhs edir.
Xatırladaq ki, layihə AR Mədəniyyət Nazirliyi tərəfindən 4 iyul – 2 avqust 2024-cü il tarixlərində qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsinin qalibidir.
Layihənin icraçısı Gənc Film İstehsalçıları Assosiasiyasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 18 Fevral 2025 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















