Icma.az
close
up
RU
Dolixosiqma uzun bağırsaq: SƏBƏBLƏR VƏ MÜALİCƏ

Dolixosiqma uzun bağırsaq: SƏBƏBLƏR VƏ MÜALİCƏ

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yoğun bağırsağın siqmavari hissəsinin anormal uzun olması "dolixosiqma" adlandırılır.

Bu kifayyət qədər yayılmış patologiyadır. Bəzi insanlarda dolixosiqma heç bir pozulmalara səbəb olmur və digər xəstəliklə bağlı olan müayinə zamanı təsadüfən aşkar edilir. Lakin bir çox insanlarda dolixosiqma özünü ağır xroniki qəbizlik, köp və qarında ağrılarla büruzə verir. Pediatriyada qəbizlikdən əziyyət çəkən uşaqların 40%-ndə dolixosiqma aşkar olunur.

Dolixosiqma zamanı siqmaravı bağırsaqda 2-3 artıq ilgək olur.

Həkimlərin əksər hissəsi dolixosiqmanı anadangəlmə pozulma kimi qiymətləndirirlər. Lakin bəzi hallarda dolixosiqma özünü yalnız 45-50 yaşdan sonra azhərəkətli həyat sürən, oturaq işdə işləyən və ət və karbohidratlarla zəngin olan qidalarla süi-istifadə edən insanlarda qeyd olunur. Bütün sadaladığımız amillər (azhərəkətli həyat tərzi, düzgün olmayan qidalanma və s.) insanda doğulduğu andan olan pozulmanın simptomlarının meydana çıxmasına "əlverişli" şərait yaradır.

Dolixosiqmanın inkişafı səbəbləri hələ ki tam məlum deyil. Həkimlər bu kimi risk faktorları ayırd edirlər: irsiyyət, hamiləlik zamanı ana orqanizminə olan mənfi təsirlər (fiziki, ekoloji və s.), gələcək ananın keçirdiyi infeksion xəstəliklər, bəzi dərman preparatların qəbulu.

Dolixosiqmanın əsas simptomu xroniki qəbizlikdir. Əksər hallarda qəbizlik uşaqlarda 6 ayından sonra uşaq süni qidalanmaya keçdikdə və ya əlavə qidaları (sıyıq, meyvə-tərəvəz və s.) almağa başladıqda özünü büruzə verməyə başlayır. Əvvəl qəbizlik vaxtaşırı olur, daha sonra qəbizlik daha tez-tez təkrarlanmağa başlayır və daha uzunsürən olur. Nəcis kütləsi çox böyük, üfunətli olur, bərk nəcis bağırsağın divarını zədələyir və nəticədə nəcis kütləsində qan izləri olur. Xroniki qəbizlik siqmavari bağırsağın fəaliyyətini daha da pisləşdirir.

Dolixosiqma zamanı xəstədə tez-tez təkrarlanan qarın ağrıları, köp olur.

Xroniki qəbizlik fonunda nəcis daşları əmələ gəlir, nəcis autointoksikasiyası  (zəhərlənmə), anemiya, digər mədə-bağırsaq xəstəlikləri (qastroduodenit, pankteatit, kolit, disbakterioz, babasil və s.) inkişaf edir. Dolixosiqmanın ən ağır fəsadı bağırsaq keçirməzliyidir. Bu pozulma insanın həyatı üçün ciddi təhlükə yaradır və yalnız cərrahi yolu ilə müalicə olunur.

Dolixosiqmadan əziyyət çəkən uşaqlarda bədən çəkisi normadan az olur, uşağın fiziki inkişafı ləngiyir, dərisi solğun, qarnı böyük olur.

Dolixosiqmaya şübhə yarandıqda qastroenteroloqun, koloproktoloqun və cərrahın müayinəsindən keçmək lazımdır. Dolixosiqmanın diaqnozunu təsdiq etmək üçün bağırsaqların rentgenoloji müayinəsi və bəzi digər müayinələr keçirilir, nəcis və qan analizləri verilir.

Dolixosiqmanın əsas müalicə metodu pəhrizdir. Qidalanmada əsas yer qida lifləri ilə zəngin olan məhsullar (meyvə-tərəvəz, göyərti, buğda kəpəyi və s.), süd məhsulları, bitki yağları, yarmalar və s. tutmalıdır. Xəstə daha tez-tez və kiçik hissələrlə qida qəbul etməlidir. Həmçinin qarın boşluğu massajı, müalicəvi bədən tərbiyəsi, iynəbatırma, vitaminlər və s. kimi vasitələr istifadə olunur. İşlətmə dərmanları nadir hallarda təyin olunur.

Əksər hallarda pəhriz və müalicə xəstəyə kömək edir və nəcis ifrazı normallaşır. Lakin bəzi hallarda konservativ müalicə heç bir effekt vermir, xəstədə pozulmalar və fəsadlar artır və bu zaman dolixosiqma cərrahi yolu ilə müalicə olunur.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 07:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri