Dollar alarkən şəxsiyyət vəsiqəsi tələb edilməlidir?
Azpost saytına istinadən Icma.az xəbər verir.
Xarici valyuta mübadiləsi zamanı hansı hallarda şəxsiyyət vəsiqəsi tələb edilməlidir?
AzPost bildirir ki, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.4-cü, “Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər, habelə banklar, onların filial və şöbələri tərəfindən nağd qaydada valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nın 3.2-ci bəndinə əsasən valyuta mübadiləsi məntəqəsində və ya bankda nağd xarici valyutanın bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10 000 (on min) ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.
Bununla yanaşı, valyuta məntəqəsində aparılan valyuta mübadiləsinin həcmindən asılı olmayaraq təşkilatdaxili qaydalara əsasən valyuta məntəqəsi tərəfindən şəxsiyyət vəsiqəsi tələb edilə bilər.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 07 Sentyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















