Icma.az
close
up
RU
Dollar dəyər itirir, qızıl bahalaşır: Bəs manat?

Dollar dəyər itirir, qızıl bahalaşır: Bəs manat?

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ dollarının əsas valyutalar qarşısında son dörd ilə yaxın dövrün ən aşağı səviyyəsinə enməsi qlobal iqtisadi bazarlarında yeni müzakirə mövzusu yaradıb. Bu proses fonunda ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları, Kuba və Venesuela ilə gərginlik dünya bazarlarında əlavə qeyri-müəyyənlik yaradaraq investorların riskdən yayınmasına səbəb olub. Fond birjaları qeyri-sabitlikdən çəkindikləri üçün ənənəyə uyğun olaraq böhran zamanı qızıl və gümüşdə təhlükəsiz sığınacaq axtarırlar. Dollardan asılılıqlarını azaltmaq üçün dünyanın əksər Mərkəzi bankları qiymətli metallar almağa başladılar və bu da qızıl və gümüşün son qiymət artımlarını stimullaşdırdı.

Belə bir qlobal mənzərədə dolların zəifləməsinin Azərbaycan iqtisadiyyatına, xüsusilə manatın dayanıqlığına mümkün təsirləri də gündəmə gəlir. 

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, ABŞ dollarının dünya bazarında ucuzlaşması birbaşa qlobal geosiyasi gərginliyin artması ilə bağlıdır.

“Bu proses təbii olaraq dolların məzənnəsinə birbaşa təsir göstərir. Eyni zamanda investorlar riskli istiqamətlərə sərmayə qoymaqda daha ehtiyatlı davranırlar. Xüsusilə, qızıl bazarında müşahidə olunan artımlar bunu açıq şəkildə göstərir. Son bir il ərzində investorların qızıla yönəlməsi güclənib. Nəticədə qızılın bir qramının qiyməti 170 dollara qədər yüksəlib ki, bu da son bir ildə təxminən 84 faiz artım deməkdir. Bu tendensiya ABŞ dollarının digər valyutalara, o cümlədən ehtiyat valyutalara nisbətdə mövqeyinə təsir göstərir”.

Deputat əlavə edib ki, dolların məzənnəsinin azalması fonunda manatın dollara nisbətən möhkəmlənəcəyini gözlənilmir:

“Çünki hazırkı mərhələdə manatın məzənnəsinin dollar və ya digər valyutalara qarşı yüksəlməsi prioritet hesab olunmur. Mərkəzi Bankın mövqeyi də göstərir ki, əsas məqsəd mövcud məzənnə səviyyəsinin qorunub saxlanılmasıdır. Bu baxımdan 2026-cı ildə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın siyasətindən asılı olacaq. Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsinin formalaşmasında Mərkəzi Bankın qərarları həlledici rol oynayır və bu amil 2026-cı ildə də əsas olaraq qalacaq”, - deyə V.Bayramov bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Fevral 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri