Dollar UCUZLAŞDI Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Məlum olduğu kimi, ABŞ Federal Ehtiyat Sistemi (FED) son iclasından sonra əsas faiz dərəcəsini ardıcıl olaraq üçüncü dəfə 3,5%-3,75%-ə endirib.
FED faiz dərəcələrini endirməsi isə dolların ucuzlaşmasına səbəb olub. Dollar başlıca valyutalara nisbətdə müəyyən dərəcədə dəyər itirib.
Görəsən, bu fonda manatı nə gözləyir?
“Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında ReAL-ın sədri, iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, manatın məzənnəsi dünya bazarında baş verən proseslərdən elə də asılı deyil:
“Düzdür, manatın məzənnəsi neftin qiyməti, dünyadakı iqtisadi vəziyyətdən müəyyən dərəcədə asılıdır. Amma ölkəmizdə məzənnə inzibati qaydada tənzimləndiyindən, faktiki olaraq məzənnə yalnız inzibati qərarlar nəticəsində dəyişə bilər. Məzənnə Mərkəzi Bank və hökumətin birgə qərarı ilə müəyyənləşdirilir. Ona görə də manatın taleyi hələ ki, inzibati qərarlardan asılı olaraq qalmaqdadır”.
Qarşıdakı 2 ildə məzənnə ilə bağlı müəyyən qərarlar veriləcək.
Ekspert qeyd edir ki, nə vaxtsa ölkəmizdə də məzənnə dəyişikliklərinə getmə məcburiyyəti yaranacaq:
“Ancaq onun iqtisadi analizlə tarixini müəyyənləşdirmək mümkün deyil. Gedişat isə onu göstərir ki, yaxın iki ildə, məzənnə ilə bağlı müəyyən qərarların verilməsi vaxtı yetişəcək”.
Rüfət Sultan, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 11 Dekabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















