Icma.az
close
up
RU
Dollar yığanlar indi onu satmağa başladı SƏBƏBLƏR

Dollar yığanlar indi onu satmağa başladı SƏBƏBLƏR

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

“Dolların daha çox satılmasının əsas səbəbi maliyyə sabitliyinin davam etməsidir. Vətəndaşlar görür ki, manatın məzənnəsi ilə bağlı risk yoxdur və ehtiyaclarına uyğun, topladıqları dolları satırlar. Bu da məzənnənin dəyişməyəcəyinə olan inamdan irəli gəlir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. O bildirib ki, vətəndaşlar vəsaitlərin bir hissəsini dollarla saxlamaqla, məzənnə riskindən özlərini qorumağa çalışırlar:

“Əhali öz resurslarını sığortalamaq istəyir. Bu səbəbdən, vəsaitlərin bir hissəsini dollarla saxlamaqla, məzənnə riskindən özlərini qorumağa çalışırlar. Çünki manat dollara “yapışdırılıb” və hamı da bilir ki, bundan sonra manatın dollara olan məzənnəsi ancaq ucuzlaşma istiqamətində ola bilər. Ona görə də vətəndaşlar əllərində olan vəsaitin bir hissəsini dollarda saxlayır. Vətəndaş üçün dollarda vəsait saxlamağın tək mənfi tərəfi odur ki, banklar dollara görə çox az depozit faizi verir. Dollar depozitlərinin gəliri 2-3 faiz olduğu halda, manatda bu göstərici 10-12 faizdir”. pizza hut

İqtisadçı Natiq Cəfərli isə vurğulayıb ki, sözügedən tendensiyanın bir neçə ciddi səbəbi var:

“Bunun bir neçə səbəbi var. Birinci səbəb odur ki, bu il devalivasiyanın olma ehtimalı artıq sıfırlandı. Yəni bu il devalivasiya olamayacaq. Buna görə də, insanlar özlərində dollar saxlamağı mənasız görürlər. İkinci səbəb daha maraqlı və dərin səbəbdir. Əhalinin aylıq gəlirləri Azərbaycanda artmır. Nominal olaraq artır, amma real gəlirlər artmır. Əhali də məcbur olur ki, öz problemlərini həll etmək üçün yastıq altında saxladıqları dollar vəsaitini çıxarıb xərcləsin. Bu daha ciddi məsələdir və bu haqda daha çox düşünməyə dəyər. Vətəndaşların gəlirləri azaldıqca, həm kreditlərə müraciətlər artır, həm də dar gün üçün saxladıqları valyutanı manata çevirirlər”.

Rəsmi rəqəmlərə görə, banklar 2025-ci ilin ilk yeddi ayında əhalidən ümumilikdə nağd 1 milyard 156.7 mln. ABŞ dolları satın alıb. Bu satışlar keçən ilin analoji dövründə qeydə alınmış 1 mlrd. 753.8 mln. dollardan 34 faiz azdır. İlk yeddi ayın sonuna olan nəticəyə əsasən yerli banklar əhalidən nağd 1 mlrd. 177.8 mln. dollar alıblar ki, bu da 2024-cü ilin analoji dövründən 2% yuxarıdır.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Sentyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri