Icma.az
close
up
RU
Dollar zəifləyir, qızıl və neft bahalaşır İqtisadçıdan ŞƏRH

Dollar zəifləyir, qızıl və neft bahalaşır İqtisadçıdan ŞƏRH

Icma.az, Sherg.az saytına istinadən bildirir.

"İranda baş verən iğtişaşlar neftin qiymətini bir müddət yüksək səviyyədə saxlayacaq. Lakin bu proseslərin nəticəsi müəyyənləşdikdən sonra neftin qiyməti yenidən düşməyə başlayacaq"

Son dövrlərdə dünya enerji bazarlarında ciddi gərginlik müşahidə olunur. İranda baş verən iğtişaşlar, Venesueladakı siyasi böhran və Rusiya–Ukrayna müharibəsi qlobal neft ticarətində təlatümlərə səbəb olub. Bu geosiyasi gərginliklər neftin qiymətini müvəqqəti yüksəldir və investorları riskdən qorunmaq üçün alternativ aktivlərə, xüsusilə qızıl və gümüşə yönəldir. Analitiklərin fikrincə bu proseslər yalnız qısamüddətli dalğalanmalarla məhdudlaşmır, həm də dünya bazarlarında uzunmüddətli strateji dəyişikliklərin əlaməti ola bilər.

Dünya iqtisadiyyatında baş verən təlatümləri, qızıl və neft qiymətlərinin bahalaşmasını şərh edən iqtisadçı Razi Abbasbəyli “Sherg.az”a açıqlamasında deyib ki, son günlər Amerika Birləşmiş Ştatlarının əsas valyutası, dolların dəyər itirməsinin şahidi oluruq. Onun sözlərinə görə, bu prosesin əsas səbəblərindən biri Federal Ehtiyatlar Sisteminin (FED) müstəqilliyi ilə bağlı yaranan narahatlıqlardır:

“Belə məlumatların yayılması investorlar arasında etimadın azalmasına gətirib çıxarır və dolların zəifləməsi fonunda alternativ aktivlərə yönəlmə müşahidə olunur. Xüsusilə, dollarla qiymətləndirilən qiymətli metallar, qızıl və gümüş “təhlükəsiz liman” prinsipi çərçivəsində üstünlük qazanır. Riskləri minimuma endirmək istəyən investorlar bu metallara yatırım edir və bu tendensiya qızılın qiymətinin artmasına səbəb olur.

Digər tərəfdən, dünya neft bazarında da gərginlik müşahidə olunur. Venesuela Prezidentinin ABŞ tərəfindən həbs olunması xəbəri və İranda baş verən iğtişaşlar neftin qiymətinin müvəqqəti yüksəlməsinə gətirib çıxarıb. Lakin bu artım qısamüddətlidir. ABŞ Prezidenti Donald Trampın iri neft korporasiyaları ilə Venesuela nefti ilə bağlı görüşlərindən konkret nəticələr əldə edilmədi. Bunun əsas səbəbi Venesuela neftinin həm ucuz qiymətə satılması, həm də sənaye komplekslərinin köhnəlməsi və yenidən qurulmasının böyük investisiyalar tələb etməsidir. Bu faktorlar iri neft şirkətlərinin bu bazara tərəddüdlə yanaşmasına səbəb olub. Nəticədə, ABŞ-ın Venesueladan gündəlik 100 milyon barrel neft hasil etməsi ilə bağlı proqnozlar hələlik reallığa uyğun görünmür. Buna görə də dünya bazarında neftin qiyməti gözlənildiyi kimi kəskin ucuzlaşmaq əvəzinə, yalnız kiçik artım nümayiş etdirib”.

İqtisadçı qeyd edib ki, İranda baş verən iğtişaşlar neftin qiymətini bir müddət yüksək səviyyədə saxlayacaq. Lakin bu proseslərin nəticəsi müəyyənləşdikdən sonra neftin qiyməti yenidən düşməyə başlayacaq:

“ABŞ-ın əsas hədəflərindən biri dünya bazarında neftin qiymətini 50 dollara endirməkdir. Bununla yanaşı, ABŞ-ın strategiyası yalnız qiymətləri tənzimləməkdən ibarət deyil. İkinci mühüm məqsəd Çin kimi iri iqtisadi aktorların enerji və təbii resurs təminatçılarını nəzarət altına almaqdır. ABŞ çalışır ki, İran, Rusiya və Venesuela kimi ölkələr üzərindən Çin və onun qlobal tərəfdaşlarını zəiflədərək, ticarət müharibəsində üstün mövqe əldə etsin. Bu kontekstdə, Trampın İranla əməkdaşlıq edən ölkələrə 25% rüsum tətbiq etməsi heç də təsadüfi deyil. Əsas məqsəd Çin və onun tərəfdaşlarını iqtisadi baxımdan təzyiq altına almaq və ABŞ-ın qlobal nəzarət imkanlarını gücləndirməkdir”.

R. Abbasbəyli hesab edir ki, həm valyuta, həm də enerji bazarlarında baş verən proseslər yalnız müvəqqəti dəyişikliklər deyil, strateji hədəflərə xidmət edən uzunmüddətli oyunların tərkib hissəsidir. Investorlar üçün bu mərhələ risklərin idarə olunması və portfellərin diversifikasiyası baxımından xüsusi diqqət tələb edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Yanvar 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri