Icma.az
close
up
RU
Dolların bahalaşacağına eyham: Valyuta ehtiyatları 10 il əvvəlki sürətlə 1 milyarda yaxın azalıb

Dolların bahalaşacağına eyham: Valyuta ehtiyatları 10 il əvvəlki sürətlə 1 milyarda yaxın azalıb

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxtın valyutadəyişmə məntəqələri son aylardakı iş prinsipi ilə fəaliyyət göstərir. Xarici valyuta alanların illik limiti keçib-keçmədiyi diqqətlə yoxlanılır. Böyük məbləğlərə dərhal razılıq verilmir, müəyyən təftişdən sonra qərar alınır. Araşdırılmamış əməliyyat keçirilmədiyinə görə bəzən valyutadəyişmə məntəqələrində ciddi növbə yaranır.

Bizimyol.info xəbər verir ki, ilin 11 ayı ərzində valyuta satışı 6,6 milyard dolları keçib. Son aylar tələbin çox artdığı müşahidə edilir. Eyni zamanda valyuta ehtiyatları kəskin azalır. Son iki ayda 828 milyon dollar azalma qeydə alınıb. Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 10,9 milyard dollara düşüb.

Hər şey 2014-cü ili xatırladır. Cəmiyyəti sarsıdan iki devalvasiyadan əvvəlki il də belə keçmişdi. İlin ilk yarısında valyuta ehtiyatlarının çox artdığı bildirilmişdi. İkinci yarıda isə vəziyyət dəyişmişdi. Artıq rəsmi səviyyədə etiraf olunmağa başlanmışdı ki, manatın dəyəri Mərkəzi Bankın bazara qeyri-nağd və nağd şəkildə müdaxiləsi sayəsində qorunub. Onda 1 milyard 127 milyon dollar məbləğində satışyönlü müdaxilədən danışılırdı.

2014-cü ildə cəmiyyəti devalvasiyaya sətiraltı hazırlayırdılar. Deyilirdi ki, rus rublu 80, Ukrayna qrivnası 90, qazax təngəsi 19, türkmən manatı 22, Belarus rublu 17, türk lirəsi 8 faiz ucuzlaşıb. Yəni bizim manatın ehtimal olunan ucuzlaşması da təbiidir.

Sonrasını bilirsiniz. 2015-ci ildə iki devalvasiya qeydə alınmışdı. Necə deyərlər, əhalinin beli qırılmışdı. Xüsusilə dollarla götürülən kreditlər insanları müflisləşdirmişdi. Əhali çox çarəsiz vəziyyətdə qalmışdı. Bir tərəfdən sürətlə artan qiymətlər, dugər yandan ödənilməsi mümkün görünməyən bank borcları.

İndi bizi nə gözləyir? Devalvasiya! Heç şübhəniz olmasın. Geci-tezi var. Valyuta ehtiyatların bu qədər azalması səbəbsiz deyil. Mərkəzi Bank daha manatı himayə edə bilmir. İqtisadiyyatın yaxşı günlər yaşamaması da onu deməyə əsas verir ki, devalvasiya qaçılmaz olacaq. Təkcə manatın çox dəyər itirməməsinə ümid etmək mümkündür. İnanmaq istərdik ki, milli valyuta uzağı 20 faiz zəifləyəcək.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Dekabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri