Dolların məzənnəsi ilə bağlı vəziyyət dəyişdi Yeni qərar
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsinin diapazonunu 0,25 faiz bəndi azaldaraq 3,5–3,75% aralığına endirib. Bu qərar təkcə onların iqtisadiyyatı üçün deyil, həm də dünya maliyyə bazarları, xüsusən də dolların gələcək dəyəri baxımından mühüm siqnaldır.
FED-in faiz qərarı dollara necə təsir edəcək? Manata təzyiq artacaq, yoxsa stabillik qorunacaq?
Globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli deyib ki, sözügedən qərar dolların müəyyən ucuzlaşmasına səbəb olacaq:
“Bu isə həm ABŞ-da istehsal, həm də idxal olunan məhsulların rəqabət qabiliyyətini artıracaq. Dolların ucuzlaşması qiymətli metallara tələbi yüksəldə və nəticədə qızılın qiymətinin artmasına şərait yarada bilər. İnvestorlar daha sabit alətlər kimi qızıla və digər qiymətli metallara yönəlməyə meyilli olacaqlar”.
Eyyub Kərimli
İqtisadçı bildirib ki, dolların zəifləməsinin neftin qiymətinə də təsirləri mümkündür:
“Hazırda neft qiymətləri güclü dollar fonunda formalaşır. Dolların ucuzlaşması isə həm iqtisadi dinamikanı, həm də qlobal aktivliyi artıra, neftə tələbin artmasına şərait yarada bilər. Faiz dərəcələrinin endirilməsi ucuz dollar kreditlərinin genişlənməsinə də stimul verəcək. Ümumilikdə, uçot dərəcəsinin azaldılması həm ABŞ-da, həm də qlobal iqtisadiyyatda aktivliyin artmasına müsbət təsir göstərəcək”.
Ləman İmran
Globalinfo.az
Baxış sayı:50
Bu xəbər 12 Dekabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















