Icma.az
close
up
RU
Dollarla bağlı GÖZLƏNİLMƏZ ADDIM

Dollarla bağlı GÖZLƏNİLMƏZ ADDIM

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Asiyada transsərhəd ödənişlərdə və investisiyalarda ABŞ dollarının üstünlüyünün azaldılmasına səbəb kimi geosiyasi qeyri-sabitlik, valyuta məzənnələrinin kəskin dəyişməsi, sanksiyalardırr. Bu yaxınlarda Cənub-şərqi Asiya Ölkələri Assosiasıyasının 2026-2030-cu illər üçün elan etdiyi strateji plan milli valyutaların aktiv istifadəsini və regional ödəniş sistemlərinin inkişaf etdirilməsini nəzərdə tutur.

Regionun sakinləri və şirkətləri dollar əmanətlərini tədricən yerli valyutalara köçürürlər. Ümumilikdə dolların qlobal ehtiyatlardakı payı 2000-ci ildəki 70%-dən 2024-cü ildə 57,8%-ə qədər azalıb, ilin əvvəlindən isə dollar indeksi 8%-dən çox zəifləyib.

Ekspertlər bildirirlər ki, bu ölkələr pul-kredit siyasətində müstəqilliyinin  qorunması üçün milli valyutanın rolunu artırmaq istəyirlər. Çünki dollarlaşma mərkəzi bankların effektiv siyasət aparmasına mane olur. Milli valyutaya etimadın artırılması üçün ölkələr artıq bu addımı atmaq məcburiyyətindədirlər.

Bundan başqa, Çin, İran kimi ölkələr sanksiyalardan yayınmaq üçün ticarətdə dollardan uzaqlaşmağa çalışır. Çin uzunmüddətli strateji hədəf kimi yuanın beynəlxalqlaşdırılmasını planlayır. Rusiya Asiya ilə ticarətdə yuan istifadəsinə üstünlük verir. Hindistan isə 2023-cü ildən bəri rupi ilə ixracatı stimullaşdırmaq siyasətini gücləndirib.

Buna baxmayaraq, dollar hələ də dünyanın əsas ehtiyat valyutası olaraq qalır: qlobal ticarətin yarıdan çoxu hələ də dollarla aparılır.

Dollardan imtina etmək mümkündür?

Mövzuyla əlaqədar iqtisadçı ekspert Fuad İbrahimov Bizim.Media-ya bildirib ki, hazırda dolları əvəz edəcək alternativ mənbə yoxdur.

“Dolları hardasa qızıl əvəz edə bilər. Amma qızılın özünün bu gün qiymətinin müəyyənləşməsi yenə də dollara bağlıdır. Bu gün dollar ölçü vahididir. O ölçü vahidi olmaqdan ötrü müəyyən instutisional bir tarix keçmək lazımdır. Bəli, nəzəri cəhətdən mümkündür, dolların zəiflədilməsi ilə bağlı niyyət ola bilər. İstənilən ölkə bu istiqamətdə müəyyən tədbirlər həyata keçirə, iqtisadi siyasətini ona uyğunlaşdıra bilər. Amma dollardan tamamilə can qurtarmaq, onun icra mexanizmini hərəkətə gətirrmək indiki vəziyyətdə mümkün deyil.

Nəinki Çin, bütün dünya birləşsə hələ ki bu, alınmayacaq. Çinin özünün ən böyük ticarət partnyoru ABŞ-dır. Heç avro özü o gücə malik deyil. Zamanında Sovetlər Birliyinə daxil olmuş ölkələr əgər iqtisadi cəhətdən əlverişli siyasət həyata keçirsəydilər, paralel bir qüvvəni ortaya qoya bilərdilər. Lakin iqtisadi cəhətdən səmərəsiz idarə üslubu ilə ümumiyyətlə sistemi dağıtmış oldular”.

De-dollarizasiya məsələsinə Azərbaycanın yanaşmasına gəlincə, iqtisadçı deyib ki, ümumiyyətlə Azərbaycanda bunu gündəmə gətirməyə heç ehtiyac yoxdur:

“Çünki bizim dollarla bağlılığımız daha böyükdür. Göründüyü kimi 2016-cı ildən bu yana avro, lirə və ya digər valyutaların məzənnələrində dəyişiklik olsa da dollar stabil qalır – 1.70 AZN civarında.  Yəni dollarla fiks qiymətdəyik. İnzibati idarə etmə üsulundan istifadə edirik”.

Buna baxmayaraq ekspert bildirir ki, indiki vəziyyədə manatın ucuzlaşması, dollar qarşısında dəyər itirməsi qorxusu yoxdur. Çünki Azərbaycanın makroiqtisadi tarazlığı yerindədir – xarici dövlət borcları kifayət qədər diversifikasiya olunmuş, yəni aşağı (risksiz) səviyyədədir.  Eyni zamanda idxal-ixrac əməliyyatlarında da müsbət saldo müşahidə olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 İyul 2025 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri