Icma.az
close
up
RU
Dollarla bağlı HƏYƏCANLI XƏBƏR Devalvasiya qapıda?

Dollarla bağlı HƏYƏCANLI XƏBƏR Devalvasiya qapıda?

Icma.az bildirir, Bizim media portalına istinadən.

Qlobal maliyyə bazarlarında son aylarda müşahidə olunan proseslər dünya iqtisadiyyatında yeni risk mərhələsinin başlandığını göstərir.
ABŞ dollarının əsas valyutalara qarşı sürətlə dəyər itirməsi artıq texniki dalğalanma kimi yox, strateji tendensiya kimi qiymətləndirilir. Donald Trampın zəif dolları açıq şəkildə dəstəkləyən açıqlamaları, ABŞ-yə olan institusional etimadın zəifləməsi, geosiyasi gərginliklər və investorların dollardan qaçaraq qızıl və digər “təhlükəsiz limanlara” yönəlməsi bu prosesin daha da dərinləşə biləcəyini göstərir.
Belə bir şəraitdə dolların uzunmüddətli zəifləməsinin Azərbaycan kimi valyuta siyasəti dollar üzərində qurulan ölkələr üçün hansı nəticələr doğura biləcəyi xüsusi aktuallıq kəsb edir.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “nocomment.az”a danışan iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, dolların qlobal zəifləməsi ilk baxışda Azərbaycan üçün təhlükəli görünməsə də, proses uzandıqca risklər daha aydın şəkildə üzə çıxmağa başlayacaq.
Onun sözlərinə görə, əsas problem manatın məzənnə mexanizmi ilə bağlıdır:
“Manat dollara sabitləndiyi üçün dolların avro və digər əsas valyutalara qarşı ucuzlaşması manatın real effektiv məzənnəsinin möhkəmlənməsi deməkdir. Bu isə idxalın ucuzlaşmasına səbəb olsa da, ixrac üçün ciddi mənfi nəticələr yaradır.
Azərbaycan iqtisadiyyatında qeyri-neft ixracının zəif olduğu bir şəraitdə manatın bahalaşması bu sektoru daha da çətin vəziyyətə salır. Yerli istehsalçılar Avropa və digər bazarlarda qiymət baxımından rəqabət aparmaqda çətinlik çəkir, nəticədə ixrac həcmləri azalır və tədiyyə balansında qeyri-neft kəsiri dərinləşir. Bu proses uzunmüddətli olarsa, iqtisadi artım tempinə də mənfi təsir göstərə bilər”.
Natiq Cəfərlinin sözlərinə görə, dolların zəifləməsi neft gəlirləri baxımından da ziddiyyətli təsirlər yaradır:
“Qısamüddətli dövrdə neftin dollar ifadəsində qiymətinin artması mümkündür. Bu, dövlət büdcəsi və Dövlət Neft Fondu üçün müəyyən rahatlıq yarada bilər. Lakin dolların zəifləməsi qlobal iqtisadi durğunluqla paralel gedərsə, enerji tələbatının azalması ehtimalı yüksəlir. Bu halda neft qiymətlərindəki artım davamlı olmur və Azərbaycan üçün gəlir riskləri yenidən gündəmə gəlir.
Maliyyə sektorunda da dəyişikliklər qaçılmazdır.
Dolların gəlirliliyinin azalması əhalinin və investorların davranışına təsir göstərə bilər. Dollarla saxlanılan əmanətlərin bir hissəsi avroya, qızıla və digər alətlərə yönələ bilər ki, bu da bank sistemində valyuta strukturunun dəyişməsinə səbəb olar. Eyni zamanda psixoloji faktorlar güclənərsə, valyuta bazarında əlavə təzyiqlər formalaşa bilər”.
Ekspert bildirib ki, ən həssas məsələ isə yeni devalvasiya ehtimalıdır:
“Hazırkı mərhələdə dolların zəifləməsi birbaşa olaraq manatın devalvasiyasına səbəb olmur. Azərbaycan Mərkəzi Bankının və Dövlət Neft Fondunun kifayət qədər valyuta ehtiyatları var və bu, qısa müddətdə məzənnəni qorumağa imkan verir. Lakin risklər tamamilə istisna edilmir.
Əgər dollar uzun müddət zəifləyərsə, manatın real dəyəri həddindən artıq möhkəmlənərsə və bu fonda ixrac azalaraq büdcə və tədiyyə balansında problemlər yaranarsa, orta müddətli perspektivdə məzənnə ilə bağlı qərarlar yenidən gündəmə gələ bilər”.
İqtisadçının fikrincə, əsas təhlükə ani devalvasiyada deyil, iqtisadiyyatın dollar asılılığının qalmasındadır:
“Bu asılılıq davam etdikcə qlobal valyuta dalğalanmaları avtomatik olaraq Azərbaycana da ötürülür. Ona görə də dolların zəifləməsi fonunda əsas prioritet qeyri-neft sektorunun gücləndirilməsi, ixracın diversifikasiyası və manatın real effektiv məzənnəsinin iqtisadi əsaslarla tənzimlənməsi olmalıdır. Əks halda, bu gün təhlükə kimi görünməyən proseslər gələcəkdə daha ciddi makroiqtisadi çağırışlara çevrilə bilər”.
Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Fevral 2026 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri