Icma.az
close
up
RU
Dollarla bağlı mühüm qərar verildi Azərbaycana təsiri isə… KONKRET

Dollarla bağlı mühüm qərar verildi Azərbaycana təsiri isə… KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Mərkəzi Bankı (FED) gözləntilərə uyğun olaraq uçot dərəcəsini 4,25–4,50 faiz aralığında sabit saxlayıb. Son dörd iclasda dəyişiklik etməyən FED bu il üçün iki faiz endirimi planını qüvvədə saxlayıb. Lakin 2025-ci il üzrə iqtisadi artımın zəifləyəcəyi, inflyasiyanın isə arta biləcəyi ehtimalı ön plana çıxarılıb. Bildirilir ki, bu qərarlar qlobal bazarlarda qeyri-müəyyənliyi artırır.

FED-in faiz qərarını sabit saxlaması və inflyasiya proqnozlarını yüksəltməsi manat, neft gəlirləri və ümumi makroiqtisadi sabitlik üçün nə vəd edir?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, FED-in qərarları qlobal iqtisadiyyata müxtəlif istiqamətlərdə ciddi təsir göstərir:

“Ölkə iqtisadiyyatı nə qədər liberal və qlobal iqtisadiyyata inteqrasiya olunubsa, ABŞ-ın uçot dərəcəsindəki dəyişikliklər, yəni artım və ya azalma da daha güclü təsir edir. Uçot dərəcəsinin sabit saxlanılması isə bunu minimuma endirir. Bu qərarı iqtisadi proseslərin öz axarı ilə davam etməsinə şərait yaratmaq kimi dəyərləndirmək olar. Başqa sözlə, faiz dərəcəsinin dəyişməməsi iqtisadi sabitliyi qorumaq üçün atılmış müvəqqəti addımdır. Bu isə həmin qərarın ölkə iqtisadiyyatlarına təsirini xeyli zəiflədir. Bu baxımdan, hazırkı şəraitdə faiz dərəcəsinin dəyişməməsi Azərbaycan iqtisadiyyatına xüsusi müsbət təsir göstərməyəcək”.

İqtisadçı bildirib ki, uçot dərəcəsindəki dəyişikliklər zaman-zaman müəyyən multiplikativ effektlər yaradır:

“Ancaq bu dəfə belə bir dəyişiklik baş vermədiyi üçün qərarın nə ölkə iqtisadiyyatına, nə də Azərbaycanda mövcud olan makroiqtisadi tarazlığa ciddi mənfi təsiri gözlənilmir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 İyun 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri