Dolunun maşına vurduğu zərəri sığorta qarşılayır? AÇIQLAMA
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən gecə Bakıda müşahidə olunan qəfil və güclü dolu yağıntısı bir sıra avtomobillərə ciddi ziyan vurub. Xüsusilə açıq ərazilərdə park edilən nəqliyyat vasitələrinin kuzov hissəsində əziklər, şüşələrdə isə batıqlar halları qeydə alınıb. Bu cür hallarda sürücüləri ən çox maraqlandıran məsələlərdən biri də sığorta təminatıdır.
Sığorta mütəxəssisi Şahin İsmayılov Demokrat.az-a açıqlamasında deyib ki, Kasko sığortası avtomobili müxtəlif risklərdən qorumaq üçün nəzərdə tutulur:
“Dolu kimi təbii hadisələr də bu risklər sırasına daxil edilə bilər. Lakin burada əsas məsələ bağlanmış sığorta müqaviləsinin şərtləridir. Əgər müqavilədə təbii fəlakətlər, o cümlədən dolu, sel və güclü külək kimi hallar ayrıca qeyd olunubsa, bu zaman avtomobilin yaranan əziklər və şüşələrdə baş verən qırılmalar sığorta tərəfindən qarşılanır. Bununla belə, daha minimal və ucuz paketlərdə bu risklər hər zaman daxil edilmir. Belə olduqda, sığorta şirkəti ziyanın ödənilməsindən imtina edə bilər. Bu səbəbdən sürücülərin müqavilə bağlayarkən risklərin əhatə dairəsinə xüsusi diqqət yetirməsi vacibdir. Əsas məsələ franşiza məsələsidir. Əgər dəymiş ziyanın məbləği müqavilədə nəzərdə tutulan franşiza həddindən aşağıdırsa, bu zaman xərclər sürücünün öz üzərinə düşür. Buna görə də sürücülərə tövsiyə olunur ki, belə hallarla qarşılaşmamaq üçün sığorta seçimində daha diqqətli olsunlar”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Buzlu yolda qəza baş verdikdə sığorta şirkəti dəymiş zərəri qarşılayır? AÇIQLAMA VİDEO
22 Fevral 2025 20:02
Paytaxta yağan dolunun ölçüsü məlum oldu
26 May 2026 18:27
Xaricdən gətirilən avtomobillərə dəyən zərəri kim qarşılayır? Ekpertdən AÇIQLAMA
28 Dekabr 2024 18:00
Qaxda leysan və dolunun fəsadları aradan qaldırılır
26 May 2025 17:16
Yağan yağış və dolunun kənd təsərrüfatına vurduğu ziyanlar: Risklər, nəticələr və qorunma yolları
30 May 2026 14:24
Baxış sayı:177
Bu xəbər 15 Aprel 2026 13:45 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları