Domodedovo hava limanında xaos Sərnişinlər görün nəyə əl atdı VİDEO KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Domodedovo hava limanında xaos yaşanıb.
KONKRET.az xəbər verir ki, Rusiyanın ən iri hava limanlarından biri olan Domodedovoda uçuşların ləngiməsi və təxirə salınması səbəbindən sərnişinlər saatlarla terminallarda gözləməli olurlar.
Sosial şəbəkələrdə yayılan görüntülərdə insanların yer çatışmazlığı ucbatından birbaşa yerə, kreslolara və hətta divarlara söykənərək yatdıqları, istirahət etdikləri müşahidə olunur. Bu, hava limanında sıxlıq və infrastrukturun yüklənməsi fonunda yaranan vəziyyətin ciddiliyini göstərir.
Problemlərin əsas səbəbi kimi PUA hücumları nəticəsində Moskva ətrafındakı hava məkanında təhlükəsizlik rejiminin gücləndirilməsi və bəzi reyslərin təxirə salınması göstərilir. Bu isə sərnişinlərin təyinat məntəqələrinə vaxtında çata bilməməsi ilə nəticələnir.
Hava limanı rəhbərliyi vəziyyəti nəzarətdə saxlamağa çalışsa da, sərnişinlər informasiya çatışmazlığı və şəraitsizliyə görə narazılıq edirlər.
Müşviq Tofiqoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 07 May 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















