Donald Tramp ABŞ iqtisadiyyatına on trilyonlarla dollar cəlb etdiyini açıqlayıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 29 oktyabr, AZƏRTAC
Donald Tramp ikinci prezidentliyi dövründə ölkə iqtisadiyyatına təqribən 18 trilyon dollar cəlb etdiyini və ilin sonunadək bu rəqəmin ümumilikdə 20-22 trilyon dollara çatacağını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının Cənubi Koreyanın Kyoncu şəhərində keçirilən sammitində çıxışı zamanı deyib.
ABŞ-ı dünyanın ən zəngin ölkəsi adlandıran dövlət başçısı idxal rüsumlarının tətbiqindən sonra ölkə iqtisadiyyatına böyük vəsaitlər yatıran sərmayədarlara müraciət edərək, iqtisadi siyasətini heç vaxt dəyişməyəcəyinə və ölkəyə əhəmiyyətli xarici sərmayələrin cəlb edilməsi üçün çalışacağına vəd verib.
Bu arada ABŞ-ın dövlət borcu ötən həftə rekord həddə - 38 trilyon dollara yüksəlib. Eyni zamanda onilliyin sonunadək ölkənin ümumdaxili məhsulunun 143,4 faizə çatacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 29 Oktyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















