Donald Tramp Çikaqo merinin və İllinoys qubernatorunun həbsini tələb edib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 8 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Çikaqo şəhərinin meri və İllinoys ştatının qubernatoru olan demokratların həbs edilməsini tələb edib. O, bu addımı onların ABŞ Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin əməkdaşlarını qeyri-qanuni miqrantlara qarşı aparılan kampaniya zamanı hücumlardan qorumaqda acizlik göstərmələri ilə izah edib.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Tramp sosial şəbəkə hesabında Çikaqo meri Brendon Consonu və İllinoys qubernatoru C.B.Pritskeri Çikaqoda fəaliyyət göstərən immiqrasiya xidməti əməkdaşlarını müdafiə edə bilməməkdə günahlandırıb.
Xəbərdə bildirilir ki, Texas Milli Qvardiyasının yüzlərlə əsgəri İllinoys ştatında, Çikaqo yaxınlığındakı hərbi bazada toplaşıb. Bu, Pritsker, Conson və ştatdakı digər demokrat liderlərin etirazlarına baxmayaraq baş verib.
Tramp, həmçinin ABŞ-ın digər şəhərlərində də hərbi qüvvələri yerləşdirməklə hədələyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 08 Oktyabr 2025 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















