Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Donald Tramp kimdir? Model ovçusu, şoumen, biznesmen və prezident

Donald Tramp kimdir? Model ovçusu, şoumen, biznesmen və prezident

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Lent.az  “Bioqrafiya” rubrikasında Donald Tramp barəsində məlumat verir

- Donald Tramp harada və nə zaman anadan olub?

Donald Tramp 1946-cı ildə Nyu-Yorkda tikinti biznesi ilə məşğul olan imkanlı ailədə anadan olub. 

- Donald Tramp harada təhsil alıb?

Birinci sinfə özəl məktəbdə başlayan Tramp qısa zaman ərzində nizam-intizam qaydalarını pozduğu üçün məktəbdən xaric olunub.

Fotoda Tramp soldan birincidir. Adi bir məktəbin Donald üçün səmərəli olmayacağını anlayan valideynləri onu “Nyu-York hərbi akademiyası” adlı özəl internata yerləşdirirlər.  Burada Tramp həqiqətən də nizam-intizama uyğunlaşır və yaxşı təhsil almağa başlayır. 
İstər yüksək qiymətləri, sosial uyğunlaşma baxımından yüksək bacarığı, istərsə də idman sahəsindəki uğurları ilə Tramp çox keçmədən ailəsinin ən qürurverici övladına çevrilir. 

Bütün pis vərdişlərdən uzaq olan Tramp üçün təhsil heç də prioritet olmur. O, şəxsi imperiyasını qurmağı arzulayır.

- Donald Tramp öz biznesini necə qurub?

Atasına daşınmaz əmlak biznesi ilə bağlı kömək edən Tramp bu sahə ilə yaxından maraqlanır. 

Hərbi akademiyanı bitirdikdən sonra aktyor kimi fəaliyyət göstərən Donald hətta film məktəbinə də daxil olmaq istəyir. Lakin daşınmaz əmlak biznesi ilə aktyor karyerasını müqayisə edən Tramp biznesdən daha çox gəlir qazana biləcəyini anlayır və seçimini edir. 

Donald Trampa etibar edilən ilk layihə Ohaya ştatında tikilməsi nəzərdə tutulan “Swifton Village” kompleksi olur. “Orta təbəqə” üçün 1200 mənzildən ibarət olan kompleks Trampın rəhbərliyi ilə 1 il ərzində 6 milyon dollara tikilir. Mənzillərin satışından isə 12 milyon dollar əldə edilir. 

Donald anlayır ki, daha çox maliyyə tələb edən layihələr üçün sponsor qismində dövlət yox, bankirlər, top-menecerlər, neft maqnatları çıxış etməlidir. 1971-ci ildə Nyu-Yorkun mərkəzində yerləşən Manhetten adasında məskunlaşan Trampın əhatəsı artıq görkəmli şəxslərdən ibarət olur.

- Trampın neçə övladı var?

- 3 xanımdan 5 uşaq atasıdır.

- Donald Tramp neçə dəfə ailə qurub?

3 dəfə. Hər dəfə modellərlə ailə quran Tramp model ovçusu adını da qazanıb.

Öz biznesinə başladıqdan bir neçə il sonra Tramp a 28 yaşlı amerikalı fotomodel İvana Zelniçkova ilə evlənir. 

1977-ci ildə ailə quran cütlüyün elə həmin ildə ilk övladları doğulur. Birlikdə yaşadıqları 15 il ərzində cütlüyün Donald, İvanka və Erik adlı 3 övladı dünyaya gəlib. 

Aktrisa Marla Meyplz ilə eşq yaşadığı üçün ailəsi dağılan Tramp elə həmin aktrisa ilə ikinci dəfə evlənir. 5 illik ailə həyatı ərzində cütlüyün Tiffani adlı övladı dünyaya gəlir. 

Üçüncü dəfə 2004-cü ildə model Melanya Knavs ilə ailə quran Trampın son evliliyi bu günə qədər davam edir. Cütlüyün Berron adlı övladı var. 

- Donald Tramp hansı şirkətləri idarə edir?

Biznesi sürətlə inkişaf edən Tramp 1979-cu ildə “5th Avenue”da “Tiffany&Co” zinət əşyaları mağazasının yerini əldə edir. 1983-cü ildə bu ərazidə 58 mərtəbəli “Trump Tower” inşa edilir. Qısa zaman ərzində populyarlıq qazanan binanın bütün mənzilləri bir neçə ay ərzində satılır. Bu layihə Trampa daha 200 milyon dollar gəlir gətirir. 

1977-ci ildə Nyu-Cersi ştatında qumar oyunları leqallaşdırıldıqdan sonra Tramp bu sahədə də imzasını qoyur. Bir müddət biznesində geriləmələr yaşayan və müflis olmaq təhlükəsilə üzləşən Tramp  inadı sayəsində borc bataqlığından çıxmağı bacarır. Tramp 1997-ci ildə borclarını tamamilə bağlayaraq yeni layihələr üzərində çalışmağa başlayır. 

2008-ci il maliyyə böhranı Donald Trampın biznesindən də yan ötmür. 40 milyon dollarlıq kreditini vaxtında ödəyə bilməyən Tramp borcu öz vəsaiti ilə ödəmək əvəzinə müflis olması ilə bağlı məhkəməyə müraciət edir və böhranın fors-major olduğunu bildirir. 2009-cu il fevralın 17-də o, şəxsi şirkətinin Direktorlar Şurasını tərk edir. 

- Donald Tramp şoumenlik edib?

Bəli. 2002-ci ildə “Namizəd” realiti şousunu təqdim edən Tramp ilk sezonda hər buraxılış üçün təzminən 50 min dollar qazanır. İkinci sezondan etibarən isə bu qazanc 3 milyon dollara qədər yüksəlir. Bununla da Tramp ən yüksək ödəniş alan teleaparıcılardan birinə çevrilir. 

2006-cı ildə Tramp şərikli olaraq “Miss Universe Organization” şirkətini satın alır. 

2007-ci ildə Tramp “Namizəd” teleşousuna görə “Şöhrət xiyabanında” öz ulduzunu əldə edir. 

- Donald Trampın siyasi karyerası nə zaman başlayıb?

2009-cu ildə Respublikaçılar partiyasına üzv olan Trampa 2011-ci ildə prezident postuna namizdəliyini irəli sürmək təklif olunsa da, o, belə bir addımı 2016-cı ildə atır və ABŞ-ın 45-ci prezidenti seçilir. 

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürən milyarder Donald Tramp Demokrat rəqibi Hillari Klintona qalib gələrək prezidenti oldu. 2024-cü ildə yenidən prezident seçkilərinə qatılan Trampın rəqibi demokrat Kamala Harris oldu. Seçkilərin ilkin nəticələrinə əsasən Tramp bu dəfə də qalib glib və 47-ci prezident adını qazanıb.

- Trampın adı ilə əlaqələndirilən “trampizm” ifadəsi nə anlama gəlir?

Trampizm bir ideologiya və siyasi fəaliyyət tərzidir. Hər ikisi müstəsna olaraq Amerikanın siyasi həyatını xarakterizə edir və ABŞ-dan dünyanın qalan hissəsinə bir növ mesajdır. Və bu mesaj Trampın ilk dəfə hakimiyyətdə olduğu illərdə daha aydın idi.

Trampizm Amerikanın daxili istifadəsi üçün bir ideologiyadır. Trampizmin Avropa, Rusiya, Çin və ərəb dünyasına ünvanladığı hər şey sadəcə olaraq konkret siyasi problemlərin həllinə yönəlmiş alət jestləri silsiləsi idi. “Trampizm” ABŞ-ın dünyada qeyd-şərtsiz siyasi hökmranlığı ideyası ilə əlaqələndirilir. 

Trampizm ABŞ-ın dünyada qeyd-şərtsiz siyasi hökmranlığı ideyası ilə əlaqələndirilir. Trampizm üçün dominantlıq, eyni zamanda, norma və dünya siyasətindəki real vəziyyətin əksidir.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Noyabr 2024 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri