Donald Tramp: Mənim əmim radarı ixtira edib
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru olan əmisi Con Trampın radar sistemlərinin yaradılmasında rolunu xatırladaraq, İranın radar sistemlərini sıradan çıxardıqlarını bəyan edib.
Bakıvaxtı.az RBC-ya istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Floridada aralıq seçki üçün keçirilən erkən səsvermədən sonra jurnalistlərlə söhbəti zamanı deyib.
"Mənim əmim radarı ixtira edib. İnanırsınız? MIT-dən doktor Con Tramp. Yəqin ki, o, mənə əsəbiləşəcək, amma mən onların (İranın) radarını sıradan çıxardım. Mən digər hər şeyi də sıradan çıxardım. İndi onların əlində qalan yeganə şey inflyasiyadır. Onlar inflyasiya üzrə rekord vururlar. Bu səhər oxuduğuma görə, onların inflyasiyası 301% təşkil edib. Beləliklə, biz əla iş görmüşük və sual budur ki, biz bunu axıra çatdıracağıqmı?" - deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı birgə hərbi əməliyyata başlayıblar.
Aprel ayında Pentaqon İranın hava hücumundan müdafiə (HHM) sistemlərinin 80%-dən çoxunun və Hərbi Dəniz Qüvvələrinin 90%-dən çoxunun məhv edildiyini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 25 Oktyabr 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















