Donald Tramp: “Oğlum Messinin və Ronaldu adlı centlmenin böyük fanatıdır”
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp “İnter Mayami” komandasının MLS Kubokundakı qələbəsində Lionel Messini xüsusi qeyd edib.
İdman.Biz xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti 2025-ci ilin noyabr ayında ilk MLS pley-off titulunu qazanan Florida komandasını Ağ Evdə qəbule edib. Messi ilk dəfə ABŞ dövlət başçısının rəsmi iqamətgahını ziyarət edib.
“Bu gün 2025 MLS Kubokunun qalibi “İnter Mayami” komandasını qarşılamaqdan məmnunuq. Əla iş görmüsüz.
Mənim üçün şərəfdir ki, heç bir ABŞ prezidenti demədiyi sözləri deyirəm: “Ağ Evə xoş gəlmisən, Lionel Messi”
Oğlum bu gün soruşdu: “Ata, Ağ Evə kimin gələcəyini bilirsən?” Mən dedim: “Xeyr. Mən çox məşğulam” (zalda gülüş - red). O dedi: “Messi!” O, sənin böyük fanatındır və səni görkəmli insan hesab edir. Gəldiyin üçün təşəkkür edirəm (Messiyə tərəf dönür - red).
Oğlum böyük futbol azarkeşidir. Messinin və Ronaldu adlı centlmenin böyük fanatıdır. İki böyük çempion, böyük idmançı. Öz işlərini sevən insanlar.
Sizi burada görmək Ağ Evdə hamımız üçün böyük şərəfdir", - Tramp deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:216
Bu xəbər 06 Mart 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















