Icma.az
close
up
RU
“Donald Tramp şübhəsiz ki, Nobel Sülh Mükafatına layiqdir” Deputat

“Donald Tramp şübhəsiz ki, Nobel Sülh Mükafatına layiqdir” Deputat

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Avqustun 8-də Vaşinqtonda keçirilən tarixi üçtərəfli görüşdən sonra Azərbaycan, ABŞ, Ermənistan liderləri media nümayəndələrinin suallarını cavablandırarkən Donald Trampın Nobel Sülh Mükafatına layiq görülməsi ilə bağlı fikir irəli sürüldü. Cənab Prezident İlham Əliyev hətta qeyd etdi ki, Nobel Komitəsinə birgə müraciətin göndərilməsi də mümkündür. Dialoq zamanı belə bir fikir də səsləndirildi ki, hazır bir forma, müraciət sənədi varsa, onu dərhal yerində də imzalamaq mümkündür”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Azər Allahverənov ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı təklifə münasibət bildirərəkən deyib.

Deputat əlavə edib ki, D.Tramp şübhəsiz ki, Nobel Sülh Mükafatına layiqdir: “Tramp ikinci dəfə prezident seçilməzdən əvvəl cənab Prezident İlham Əliyev bildirmişdi ki, onun dönəmində ABŞ hər hansı müharibələrə başlamayıb, əksinə, yeganə ABŞ prezidentlərindən biridir ki, nəinki müharibələrə başlayıb, hətta onların qarşısını alıb. O, xüsusilə ikinci prezidentliyi dönəmində bütün vəchlə mövcud münaqişələrin yatırılması istiqamətində müəyyən fəaliyyət göstərməkdədir. Bu, həm Afrika qitəsində, həm Asiya qitəsində baş verir. Biz ayrı-ayrı məsələlərə nəzər saldıqda, onların arasında xüsusilə daha qabarıq şəkildə olan iki münaqişə var. Birincisi, Rusiya-Ukrayna münaqişəsidir ki, Tramp bu istiqamətdə müəyyən səylər göstərməkdədir. Nəzərə alsaq ki, son bir neçə ay ərzində, yəni may ayından bəri Rusiya-Ukrayna nümayəndələrinin iştirakı ilə üç görüş keçirilib, müsbət nəticə əldə olunmasa belə, ABŞ tərəfindən səylər davam etdirilir. Eyni zamanda, Hindistan-Pakistan münaqişəsini qeyd etmək lazımdır. Tramp Vaşinqton sammitində vurğuladı ki, hər iki dövlət nüvə silahına malikdirlər, belə olan halda müharibəyə başlanması nüvə silahının istifadəsini də qaçılmaz edəcəkdi. Bunların hamısını nəzərə alan ABŞ lideri müxtəlif səylərlə çıxış edərək, münaqişənin dayandırılmasına nail oldu. Məsələlər diplomatik müstəvidə müzakirə olunmağa başladı”.

Deputat söyləyib ki, bu baxımdan yanaşanda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması xüsusilə qeyd olunmalıdır:

“Çünki məsələn, Afrikada Ruanda-Konqo, Asiyada Kamboca-Tailand münaqişələrində əgər nizamlanma baş verdisə, Ermənistan-Azərbaycan məsələsində isə post-münaqişə dövründə sülh quruculuğunun daha da intensiv şəkildə həyata keçirilməsi üçün zəruri sənədlərin imzalanması Vaşinqtonun ev sahibliyi ilə baş verdi və burada şübhəsiz ki, Trampın çox mühüm rolu oldu. Bütün bunlar nəzərə alınaraq təbii ki, ABŞ liderinə Nobel Sülh Mükafatının verilməsi təklifi kifayət qədər əsaslandırıla biləcək bir təşəbbüsdür. Bir məsələni də yaddan çıxartmayaq ki, istənilən halda Cənubi Qafqazda, xüsusilə də Ermənistan-Azərbaycan məsələsində gərginlik bu və ya digər formada zaman-zaman özünü büruzə verirdi. Torpaqlarımız işğal altında idi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi. Daha sonra 23 saatlıq lokal antiterror əməliyyatı ilə ölkəmiz öz suverenliyini bütün ərazisində bərpa etdi. Nəticə etibarilə separatçılığa son qoymaqla dövlətimizin konstitusion əsasları ölkənin bütün ərazisində təmin edildi. Amma bu reallığı qəbul etmək istəməyən müəyyən qüvvlər var idi. Onlar bu gün də Ermənistan üzərindən təzyiq göstərməkdədirlər, onu yeni münaqişəyə sürükləməyə cəhd göstərirlər. Hətta imzalanmış sənədlərin spesifikasına da nəzər saldıqda, onlar hamısı bilavasitə sülhün təmin olunmasına xidmət edən sənədlərdir. Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklər var – Zəngəzur dəhlizi və s. Yenə də bunun üzərindən  Ermənistana təzyiq göstərməyə cəhd edən qüvvələr var. ABŞ da bu prosesdə çalışır ki, həmin qüvvələri maksimum neytrallaşdırsın ki, həssas bir dövrünü yaşamaqda olan post-münaqişə mərhələsi müəyyən təhlükələrlə üz-üzə qalmasın, əldə olunan nəticələr öz məntiqi sonluğuna çatsın. Cənubi Qafqazda sülh və təhlükəsizliyin hərtəfli şəkildə bərqərar olması üçün yaranmış əlverişli mühüt öz müsbət nəticələrini vermiş olsun”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Avqust 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri