Icma.az
close
up
RU

Donald Tramp və xanımları Üç dəfə EVLİLİK

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Amerika Birləşmiş Ştatlarının yeni seşilmiş 79 yaşlı prezidenti Donald Tramp bu gün dövlət başçısı kimi and içəcək və səlahiyyətlərinin icrasına başlayacaq.
Donald Tramp ABŞ tarixində fasilədən sonra vəzifəsinə qayıdan ikinci prezident olacaq. Bundan əvvəl o bir dəfə  - 2016-2020-ci illərdə Amerikaya rəhbərlik edib.
Donald Trapm haqqındakı yazılarda bildirlir ki, o, hələ gənc yaşlarından gözəl qadınların vurğunudur.
Modern.az saytı xatırladır ki, Tramp rəsmən üç dəfə evli olub.
İlk evlilik...


Donald Trampın birinci arvadı İvanna Zelniçkova 1949-cu ildə Praqada anadan olub. Valideynləri - atası mühəndis Miloş Zelniçek, anası – telefon operatoru Mariya Zelniçkova olublar. İvanna uşaqlıqdan ambisiyaları ilə fərqlənib. O, artıq 2 yaşı olanda xizəksürmə üzrə idman seksiyasına gedib, 6 yaşında isə yarış qalibi olub. 1970-ci ildə olimpiya yığmasının ehtiyat heyətinə daxil ola bilib. 1971-ci ildə Avstriyadan olan xizəkçi Alfred Uinkmayra ərə gedib. İvanna özü bu nikahı saxta hesab edib, çünki həmin sənəd kommunist Çexoslavakiyasını tərk edə bilməkdən ötrü bağlanıb.

Gözəl, ideal idman görkəmli sarışın İvanna Avstriyadan Kanadaya, sonra Nyu-Yorka gələrək model kimi işə düzəlib. Orada Donald Trampla tanış olub. İvanna ilə sonrakı görüşlərdə Tramp onu hədiyyə, gül-çiçək, kompliment “yağışına” tutub. Donald klassik sevgi lirikası olmasa da, hissləri ilə İvannanı özünə cəlb edib və 1977-ci ildə onlar evləniblər. Əri İvannanı vəd etdiyi hər şeylə təmin edib: qəşəng yaxtalar, avtomobillər, evlər, bahalı zinət əşyaları... Pul o qədər idi ki, İvanna istədiyi kimi xərcləyə bilərdi.

Belə təmtəraqlı həyat İvannanı bezdirəndə əri onu öz firmasında menecer kimi işə götürüb.
Donald və İvanna cütlüyünün üç uşağı dünyaya gəlib: Donald Con (1979-cu il), İvanka Mari (1981-ci il) və Erik Fredrik (1984-cü il). Onlar 13 il birlikdə yaşayır, İvanna həmin müddətdə əri üçün təkcə sadiq dost deyil, həm bir çox işlərinin başlanğıcı üçün köməkçi olub. O, hesab edirdi ki, həmişə bir yerdə olacaqlar, axı ailə, biznes və reputasiya Donald üçün təməl prinsiplər idi.

Lakin bu evlilik uzun sürməyib. 1992-ci ildə onların nikahı pozulanda İvanna məhkəmə vasitəsilə Donaldın 25 milyon dollarlıq villasını alıb və uşaqların saxlanılması üçün ayda 650 min dollar ödəməsi haqda qərar çıxartdırıb.
İvanna boşandıqdan sonra iki dəfə ərə gedib. Boşanma zamanı əldə etdiyi pula isə “İvanna” ətri buraxdırıb, model evi açıb, avtobioqrafik kitab nəşr etdirib. O, boşandıqdan sonra zəngin həyatını davam etdirib: Televiziyada realiti-şou aparıb, sonra birinci xanımların klubuna rəhbərlik edib.
İkinci evlilik...

Amerikalı aktrisa və tanınmış fotomodel Marla Maples Donald Trampın ikinci həyat yoldaşı olub. O 1963-cü ildə Corciya ştatının Dalton şəhərində doğulub. Marla uşaqlıqdan idmanla məşğul olub, universitetin basketbol komandasında çıxış edib. 1983-cü ildə “Miss çimərlik plakatı” yarışmasında qalib gəlib. Bu, onun model biznesinə gəlişinin başlanğıcı olub.

Gənc, gözəl, istedadlı qız tanınmış biznesmen Donald Trampla tanış olub və onların sevgi romanı başlayıb. Həmin vaxt Donald evli idi. Marla Maples Trampın villalarından birində yaşamağa başlayıb və onu ezamiyyətlər zamanı müşayiət edib. 1993-cü ildə Marla Maples və Donald Tramp evləniblər.
Bu nikahdan onların Tiffani adlı qızları doğulub. Marla hələ Donalda ərə getmək ərəfəsində aktrisa kimi özünə yaxşı karyera qurub, 15-dən çox kinoya çəkilmişdi.
Ancaq onların nikahları uzun müddətli olmayıb. Marla və Donald Tramp 1999-cu ildə ayrılıblar. Boşanandan sonra ona ərindən sevimli qızı və 2,5 milyon dollar vəsait qalıb.
Üçüncü evlilik

Donald Trampın üçüncü arvadı Melaniya 1970-ci ildə keçmiş Yuqoslaviyanın Sevintse şəhərində Viktor və Amaliya Knaussun ailəsində doğulub. Melaniya Lyublyanski Universitetini dizayn və arxitektura ixtisası üzrə bitirib. Gənc gözəli model karyerası daha çox cəlb edib. 16 yaşı olanda Paris və Milanda çıxış edib.

Melaniyanın Donald Trampla ilk görüşü 1998-ci ildə Nyu-Yorkdakı klublardan birində keçirilən gecədə baş verib. Melaniya elə ilk görüşdən Donaldın xoşuna gəlib, o, dərhal telefon nömrəsini almaq istəyib, ancaq qız imtina edib. Tramp geri çəkilməmək və gənc qızın ürəyini fəth etmək qərarına gəlib. Uzunmüddətli nəvazişdən sonra Melaniya 2004-cü ildə biznesmenin təklifini qəbul edərək onunla nişanlanıb.

Cənc modelin ABŞ-dakı karyerası 90-cı illərin əvvəllərində bir neçə böyük olmayan reklam layihələrində iştirak etməklə başlasa da, o qədər də uğurlu alınmayıb. Ona maraq mətbuatda Trampla yaşadığı sevgi romanı müzakirə olunandan sonra başlayıb. Tanınmış jurnallar Melaniyaya əməkdaşlıq təklif ediblər.

2005-ci ilin yanvar ayında Melaniya ilə Donald Trampın toyu keçirilib, çoxsaylı tanınmış qonağın iştirak etdiyi mərasim dəbdəbə və xüsusi gözəlliyi ilə seçilib. Bu hadisə də kütləvi informasiya vasitələrində geniş müzakirə edilib.


2006-cı ildə cütlüyün Berron Uilyam Tramp adlı oğlu dünyaya gəlib.
Melaniya 2010-cu ildə özünü üçüncü arvad kimi 24 yaş kiçik olduğu əri Donald Trampın zərgərlik kolleksiyasını buraxan dizayneri kimi elan edib. Donald Tramp isə həmişə qeyd edir ki, o arvadı ilə bir komandadır və xanımı onu hamıdan yaxşı başa düşür.

Donald Trump Melaniya ilə lüks malikanələrdə yaşamağı sevir. Onun indiyə kimi aldığı ən bahalı evin qiyməti 20 milyon dollara yaxındır. Bundan başqa onun bir neçə lüks malikanələri və avtomobilləri var.
Donald Trampın 10 nəvəsi var.
ABŞ-ın yeni prezidenti qolf oynamağı sevir.


A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Yanvar 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri