Donald Trampın Zelenski ilə görüşünün əsas məqsədi nədir?
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Donald Trampın Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edəcəyi bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqların aparılmasını vacib hesab edir və bu məsələni Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ankara şəhərində keçiriləcək NATO sammiti çərçivəsində müzakirə etməyi planlaşdırır.
Bildirilir ki, Ağ Ev rəsmilərindən birinin sözlərinə görə, Tramp münaqişənin başa çatdırılması istiqamətində təxirəsalınmaz addımların atılmasında maraqlıdır. Zelenski ilə görüşdən sonra onun Rusiya Prezidenti Vladimir Putinlə də telefon danışığı aparmasının gözlənildiyi qeyd olunur.
Qeyd olunur ki, Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov daha əvvəl Vladimir Putinin Ukrayna böhranının siyasi-diplomatik yollarla həllinə üstünlük verdiyini bildirib. Onun sözlərinə görə, Putin Donald Trampla son telefon danışığında Moskvanın təhlükəsizlik maraqlarının nəzərə alınması şərti ilə münaqişənin diplomatik yolla nizamlanmasının vacibliyini vurğulayıb.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 06 İyul 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















