Icma.az
close
up
RU
Donald Tusk: Baltik dənizinin təhlükəsizliyi gücləndirilməlidir AZƏRTAC

Donald Tusk: Baltik dənizinin təhlükəsizliyi gücləndirilməlidir AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 14 yanvar, AZƏRTAC

Baltik dənizinin təhlükəsizliyi gücləndirilməli, bunu üçün NATO qüvvələri və ölkənin təhlükəsizlik orqanları cəlb olunmalıdır.

AZƏRTAC xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk bunu Polşa radiosuna müsahibəsində deyib.

“Baltik dənizində təhlükəsizliklə bağlı pozuntular məsələsində digər ölkələr Finlandiya kimi sərt reaksiya verməyə, gəmiləri dayandırmağa, ekipaj üzvlərini saxlamağa və kimin məsuliyyət daşıdığını öyrənməyə hazır olmalıdırlar”, - deyə Donald Tusk bildirib. O, Danimarka boğazlarına nəzarəti gücləndirməyin və tədarük zəncirlərinə nəzarətin vacib olduğunu vurğulayıb.

Baltik dənizinin təhlükəsizliyinin Şimal dənizinin təhlükəsizliyi üçün də əhəmiyyət kəsb etdiyini xatırladan baş nazir bu sahədə Böyük Britaniya və Norveçlə əməkdaşlıq etdiklərini deyib.

Donald Tuskun bəyanatı NATO ölkələri liderlərinin Helsinkidə keçiriləcək görüşündən öncə səslənib. Görüşdə Almaniya, Danimarka, Latviya, Litva, Polşa, Finlandiya, İsveç və Estoniyanın dövlət və hökumət başçılarının Baltik dənizində sualtı infrastrukturun təhlükəsizliyini müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, ötən il dekabrın sonunda Helsinki Finlandiya ilə Estoniya arasında “Estlink 2” elektrik kabelini zədələməkdə ittiham olunan “Eagle S” tankerini saxlayıb. Kuk adalarının bayrağı altında üzən gəminin Fin körfəzində dörd sualtı beynəlxalq telekommunikasiya kabelini zədələdiyi də istisna olunmur. Finlandiyanın gömrük xidməti həmin gəminin Rusiyanın enerji resurslarının daşınmasında iştirakını və sanksiyalardan yayınma faktını araşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Yanvar 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri